Novruz dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır. Novruz təkcə türk xalqlarının deyil,ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab olunur. Bu bayram təkcə ölkəmizdə deyil,eyni zamanda bütün şərqdə qeyd olunur. Novruz bayramı artıq beynəlxalq müstəvidə tanınır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.
Bu bayram ümumbəşəri dəyərləri, sülhü və tolerantlığı tərənnüm edir. Bu bayramın özünəməxsus adət-ənənələri var. Azərbaycan xalqının milli adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar. İnsanlar baharın gəlişi ilə torpağın əkib-becərilməsinə başlayır.
Bayram dörd çərşənbəsi ilə yadda qalır. İlk çərşənbə Su çərşənbəsi adlanır. Su çərşənbəsi adətən havaların yavaş-yavaş isinməyə başladığı, çaylardakı buzların əriyərək çaya qarışdığı vaxt ilə üst-üstə düşür. İlin ikinci çərşənbəsi isə Od çərşənbəsi adlanır. Bu çərşənbədən etibarən günəş torpağı daha da qızdırmağa başlayır. Üçüncü çərşənbəmiz isə Yel çərşənbəsidir. Bu gündən etibarən bəzi ağaclarda tozlanma başlayır. Dördüncü və ilin son ilaxır çərşənbəsi isə Torpaq çərşənbəsi adlanır. . “Papaq atmaq”, “qulaq falı”, “tonqaldan tullanmaq”, “üzük falı”, “səməni əkmək”, “yumurta döyüşdürmək” və Novruz bayramı ilə əlaqələndirilən digər məşhur adətlər Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu və fəlsəfəsini özündə ehtiva edir.
Ulu öndər Heydər Əliyevin 21 mart 2000-ci il tarixli çıxışında dəyərli fikirlər səsləndirir. Bayram təbriki ilə xalqa müraciət edən Ulu öndər bu bayramda bütün siyasi baxışların kənarda qaldığını, mövqeyindən asılı olmayaraq iqtidarın da, müxalifətin də bayram etməsini vurğulayır.
Ümumilli Liderin vəsiyyətini reallaşdıran Ali Baş Komandan İlham Əliyev eyni zamanda xalqın arzusunu da reallaşdırdı. Beləliklə,biz artıq işğaldan azad edilmiş torpaqlarımızda Novruz bayramını qeyd edirik. Bu gün Novruz bayramını ölkәmizin mәdәniyyәt paytaxtı olan Şuşada qeyd edirik. Bu tarixi hadisәdir. Bu, böyük xoşbәxtlikdir. Allah Azәrbaycan xalqının dualarını eşitdi.
Sabunçu qəsəbəsi, 155 №li tam orta məktəbin
ibtidai sinif müəllimi Günay Əhmədova