XI Qlobal Bakı Forumunda Dövlətimizin başçısı çıxış ederək bildirmişdir ki, Bakı Qlobal Forumu Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi aparıcı beynəlxalq forumlarla bir cərgədədir.
Qlobal əhəmiyyət kəsb edən məsələlərin həlli üçün bu gün dünyanın həqiqətən də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin və iştirakçılarının təcrübəsinə, biliyinə ehtiyacı var.
Forum iştirakçılarının sayı rekord həddədir. Bu da Forumun nəhəng intellektual potensialına dəlalət edir.
Biz uzun illər ərzində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin sülh yolu ilə bərpa etmək üçün fəaliyyət göstərdik. Əfsuslar olsun ki, bu, sülh yolu ilə baş vermədi.
İndi biz keçmişə nəzər salıdıqda tam əmin oluruq ki, Minsk qrupunun əsas məqsədi münaqişəni həll etmək deyil, onu dondurmaq idi.
Münaqişənin niyə sülh yolu ilə həll olunmamasının əsas səbəbi sözsüz ki, Ermənistan hökumətlərinin 1990-cı illərin əvvəllərindən başlayaraq bu günə kimi müxtəlif hökumətlərin qeyri-konstruktiv mövqeyi idi. Dünyanın hegemon quvvəlləri münaqişənin hərbi yolla həll olunmasina razi deyildilər. Biz isə torpaqlarımızın 20 faizinin işğal altında qalmasına razılaşa biləməzdik.
Əfsuslar olsun ki, biz münaqişəni sülh yolu ilə həll edə bilmədik. İkinci Qarabağ müharibəsinin nəticəsidə Azərbaycanda separatçılığa birdəfəlik son qoyduq və suverenliyimizi, ərazi bütövlüyümüzü bərpa etdik.
Son 3-4 il ərzində ölkəmizdə baş verən dəyişiklər həll olunmayan kimi görünən münaqişələrin həlli üçün zəmin yaratdı.
2019-cu ildə Ermənistanın yeni rəhbərliyi “Azərbaycan separatçılarla danışıqlar aparmalıdır, sülh müqaviləsinin əsasını təşkil edən bu vaxta kimi olan bütün məsələlər sıfırlanmalıdır və hər şey yenidən başlanmalıdır, Ermənistan işğal olunmuş ərazilərin bir santimetrini belə qaytarmayacaq” kimi tamamilə qəbuledilməz təkliflər irəli sürdü. Bundan əlavə, Ermənistanın baş nazirinin məşhur “Qarabağ Ermənistandır” şüarı səsləndirdi.
Beləliklə, biz 2020-ci ilin sentyabr-noyabr aylarında onlara dərs vermək məcburiyyətində olduq və düşündük ki, bu dərs onlara kifayət edəcək və onlar başa düşəcəklər ki, xarici qüvvələrə güvənərək başqa ölkənin torpaqlarını işğal altında saxlamağın vaxtı artıq bitib.
İndi isə Qarabağ məsələsi öz həllini tapdıqdan sonra biz sülhə çox yaxınıq. Azərbaycan sülh prosesini davam etdirməyə hazırdır.
Bizim antiterror əməliyyatı ilə bağlı Beynəlxalq birlik, müxtəlif ölkə və beynəlxalq təşkilatlar öz açıqlamalarında bunu etmək məcburiyyətində qaldığımızı anladıqlarını bildirmişlər. Antiterror əməliyyatından öncə Ermənistan iki qırmızı xəttimizi keçib və ümumilikdə beynəlxalq birliyin buna reaksiyası tamamilə müsbət olmuşdur.
Lakin Fransa hökumətinin İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatına münasibəti tamamilə qeyri-adekvat oldu. Onlar tərəfindən bu məsələlərin BMT Təhlükəsizlik Şurasına çıxarılmasına və Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsinə beş dəfə cəhd edilib və hər biri uğursuz oldu,.
Təəssüflər olsun ki, bundan sonra Fransada Evian şəhərində Azərbaycan şairi Natəvanın heykəli vandalizmə məruz qaldı. Fransa öz ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanı bu yolla cəzalandırmağa çalışır.
COP29-un Azərbaycanda keçirilməsi Azərbaycanın yaşıl keçidlə bağlı səylərinin qəbul edilməsidir.Ötən ilin oktyabrında biz Qafqazın və Mərkəzi Asiya regionunun 230 meqavat gücündə ən böyük günəş elektrik stansiyasının açılışını etdik. Daha iki stansiya ilə bağlı hazırlıq və tikinti işləri gedir. Biz 2030-cu ilədək 5000 meqavat bərpaolunan enerji istehsalı potensialına malik olmağı planlaşdırırıq. Bu, tamamilə real hədəfdir, çünki bunun üçün çoxsaylı müqavilələr və anlaşma memorandumları imzalanıb.
Hazırda biz Xəzər dənizindən Qara dənizə və Avropaya qədər uzanacaq yaşıl enerji elektrik kabelinin inşası ilə fəal şəkildə məşğuluq və həmin layihənin texniki əsaslandırılması demək olar ki, hazırdır.
Beləliklə, birincisi, COP29 bizə onu nümayiş etdirməyə imkan verəcəkdir ki, müstəqil yaşayan və heç kəsdən asılı olmayan bir ölkə uğurla inkişaf edə bilər. Bu, həm də Azərbaycanın son 30 ildə apardığı düzgün siyasəti nümayiş etdirir.
Balaxanı qəsəbəsi, 69 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Rəmalə Ağayeva