Azərbaycan növbəti dəfə möhtəşəm beynəlxalq tədbirə ev sahibliyi edir. Martın 14-də Bakıda işə başlayan “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun iştirakçılarının sayı rekord həddədir. Daha dəqiq desək, Forumda 68 ölkədən 400-dən çox qonaq iştirak edir. Onların arasında 40-dan çox hazırkı və sabiq dövlət, hökumət başçıları var. Bu sadə statistika həqiqətən də Forumun nəhəng intellektual potensialına dəlalət edir. Artıq keçirilməsinə alışdığımız və sanki gündəlik təcrübəmizə çevrilmiş bu tədbirlər əslində Vətənimiz Azərbaycanın beynəlxalq status və nüfuzunu o qədər artırıb ki, ölkəmiz müasir beynəlxalq münasibətlər sistemində söz sahibinə çevrilib. Bu amil mütləq olaraq hər bir fərdin vətəndaşlıq məfkurəsinin ayrılmaz parçasına çevrilməlidir. Güclü cəmiyyət məhz milli maraqlar və dövlət naminə birləşərək xalqın aparıcı gücünə çevrilə bilər.
Hər bir Qlobal Bakı Forumu üçün seçilən mövzular həmin dövrün tələblərini özündə ehtiva edir. Ötən ilin mövzusundan da bəlli olduğu kmi, dövrün çağırışları aydındır və Azərbaycan hər dövrün çağırışlarını yüksək səviyyədə yerinə yetirir. Bu çağırışlara söykənilərək atılan addımlar düşünülmüş siyasətə əsaslanır. Builki Forumda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin “Parçalanmış dünyanın bərpası” adı altında görüşün mahiyyətini açıqlayaraq bildirdi ki, dünya həqiqətən parçalanıb, hər yerdə ciddi çağırışlar var”.
X Qlobal Bakı Forumundan ötən bir ildə qət edilən yolun uğurlarını görmək üçün Azərbaycanın həyatında baş verən yeniliklərə diqqət yetirmək kifayətdir: Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə tarixi ədalətin və beynəlxalq hüququn mövcudluğunu beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Dövlət başçısı cənab İlham Əliyev Forumdakı çıxışında bir daha Azərbaycanın son 30 ildə Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həll olunmasına səy göstərdiyini bildirdi. 44 günlük İkinci Qarabağ müharibəsinin, eyni zamanda, birgünlük antiterror tədbirlərinin qaçılmazlığını şərtləndirən amillərin hər kəsə bəlli olduğunu vurğuladı. Prezident İlham Əliyev bu reallıqları diqqətə çatdırdı ki, 2020-ci ilin sentyabr-noyabr aylarında rəsmi İrəvana dərs vermək məcburiyyətində olduq. Xarici qüvvələrə güvənərək başqa ölkənin torpaqlarını işğal altında saxlamaq dövrü artıq bitib. 2020-ci il noyabrın 10-da Ermənistanın imzalamaq məcburiyyətində qaldığı kapitulyasiya aktına əsasən onlar o zaman Azərbaycanın nəzarətində olmayan Qarabağın qalan ərazilərindən işğalçı qüvvələrini çıxarmaq öhdəliyini üzərinə götürdülər. Lakin 3 il ərzində onlar bunu etmədilər. Onlar nəinki on beş minlik hərbi kontingentlərini ərazidən çıxarmadılar, əksinə İkinci Qarabağ müharibəsindən sonra kommunikasiya yolları üzərində nəzarətimizin olmadığından faydalanaraq silah, mina və sursatları qaçaqmalçılıq yolu ilə Qarabağa göndərdilər. Lokal antiterror tədbirləri nəticəsində ərazilərimiz separatçılardan təmizləndi, suverenliyimiz bərpa olundu.
Tarixi Zəfərimizdən dərhal sonra Azərbaycan regionda dayanıqlı sülhün və təhlükəsizliyin yaradılması və Ermənistanla münasibətlərində yeni səhifənin açılması məqsədilə qarşı tərəfə sülh müqaviləsinin imzalanmasını təklif etdi: “Beynəlxalq hüququn 5 əsas prinsipini özündə əks etdirən sülh təklifini Ermənistanın baş naziri keçirilən müxtəlif səviyyəli görüşlərdə dəstəklədiyi halda, sonrakı dövrdə havadarlarının tapşırığına uyğun olaraq qeyri-ciddi bəyanatlar səsləndirməklə sülh müqaviləsinin imzalanması prosesini bugünədək uzadıb. Ermənistanın bu kimi addımları atmasında əsas dəstəkçisi Fransadır”. Dövlət başçısı İlham Əliyev Forumdakı nitqində bu məqamlara xüsusi diqqət yönəltdi: “Burada beynəlxalq reaksiya haqqında danışarkən mən bir ölkənin mövqeyini təəssüflə qeyd etməliyəm” söyləyən Prezident İlham Əliyev bildirdi ki, bu mövqe beynəlxalq ictimaiyyətin yanaşması ilə ziddiyyət təşkil edir. Bu ölkə Fransadır. Fransa hökumətinin İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatına münasibəti tamamilə qeyri-adekvat oldu. Onlar tərəfindən bu məsələlərin BMT Təhlükəsizlik Şurasına çıxarılmasına və Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsinə beş dəfə cəhd edilib. Biz beynəlxalq hüquqa zidd olan addım atmamışıq. Beş cəhdin hər biri uğursuz oldu, çünki Təhlükəsizlik Şurasının digər üzvləri bunu dəstəkləmədi. Daha sonra Avropa İttifaqı çərçivəsində Azərbaycana qarşı sanksiyaların tətbiqinə bir neçə cəhd edildi. Həmin cəhdlər də uğursuz oldu. Avropa İttifaqı ölkələrinin əksəriyyəti bunu dəstəkləmədi”.
Hazırkı dövrdə Azərbaycanın mühüm uğurlarından biri də bu il COP29-a ev sahibliyi etməsidir. Dövlət başçısı İlham Əliyev Forumdakı çıxışında bu məsələyə xüsusi diqqət yönəldərək bildirdi ki, COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin yaşıl keçidlə bağlı səylərinin qəbul edilməsidir. COP29 onu nümayiş etdirməyə imkan verəcəkdir ki, müstəqil yaşayan və heç kəsdən asılı olmayan bir ölkə uğurla inkişaf edə bilər. Bu, həm də Azərbaycanın son 30 ildə apardığı düzgün siyasəti nümayiş etdirir.
Forumun mövzusundan da göründüyü kimi, parçalanmış dünyanın bərpası əsas çağırışlardandır. Bu çağırış səylərin birləşdirilməsini, konkret addımların atılmasını, ən əsası ədalətin və beynəlxalq hüququn müdafiəsinin sözdə deyil, əməldə təsdiq olunmasını bir tələb kimi qarşıya qoyur. Azərbaycan daim birlik, həmrəylik, ədalət, beynəlxalq hüquq çağırışları ilə dünyanın diqqətindədir.
Fuad Qəhrəmanov,
Salyan rayon Şorsulu kənd inzibati ərazi dairəsi üzrə nümayəndə