Bu gün biz qürurla deyə bilərik ki, biz azad müstəqil bütöv Azərbaycanın vətəndaşıyıq. Bu bütövlük bizə müzəffər ali baş komandirimiz İlham Əliyev və onun uğurlu siyasətinin qərarlarının arxasında dayanmış ordumuzun,millətimizin birliyi sayəsində bəxş edildi.
Ta ki, XX əsrin 80-ci illərinin sonu 99-cu illərindən bəri Ermənistanın Azərbaycana olan əsassız ərazi iddiaları, bitib-tükənməz bilməyən özbaşınalıqları, hərbi cinayətləri nəticəsində 1 milyondan artıq insanın öz doğma isti yuvalarından didərgin düşmələrinə səbəb oldu. Bu cinayətləri dünya görsə də,ancaq bunun üçün etdikləri heç bir nəticə vermədi. BMT Təhlükəsizlik Şurasının 822,853,874,884 saylı qətnamələri də danışıqlar olaraq qaldı. Dünyanın bu ədalətsizliyə göz yumması erməni daşnaklarını daha da cəsarətləndirdi, onların 2019-cu ildən etibarən bir-birinin ardınca atdığı təxribatçı addımları,bəyanatları sırf sülh deyil, işğalçılıq planlarının davamını göstərən məqsədyönlü addımlar idi. Artıq bu son idi, xalqımız,millətimiz buna göz yuma bilməzdi,bu özbaşınalığın cavabını özü verməli idi. Ali baş komandirimizin fərmanı ilə 2020-ci ildən ermənilərin cavabı layiqincə verilməyə başladı. Vətənimizin igid oğulları, bütün vətəndaşları bir oldu, əl-ələ verdi və torpaqlarımızı 44 günə tam azad etdi. Bu dünyaya Azərbaycanın istər daxildə, istərsə də xarici siyasətdə nə qədər mükəmməl olduğunu,Azərbaycan xalqının nə qədər qürurlu, bir ideya ətrafında birləşdiyini, bir qarış torpağını belə düşmənə vermək niyyətində olmadığını göstərdi. Müzəffər Ali Baş Komandirimiz İlham Əliyev bunu bütün dünyaya sübut etdi və göstərdi ki, bu millət, bu xalq hər bir şeyin öhdəsindən gəlmək və öz problemini təkbaşına öhdəsindən gəlmək gücünə qadirdir. Prezidentimiz bunu hər görüş və çıxışlarında bütün dünyaya çatdırmışdır. Belə görüşlərdən biri də fevral ayının 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqun qəbulu zamanı etdiyi çıxışdır. Prezidentimiz bu çıxışında 28 il müddətində münaqişənin davam etdiyi və heç bir nəticə əldə edilməməsini, Ermənistana sanksiyalar tətbiq olunmadığını,torpaqlarımızın azad olunmamasına fikir bildirib. Həmçinin prezidentimiz qeyd edib ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra Azərbaycan regionunda sülh gündəliyinin təşəbbüskarı olaraq Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış edib,amma Ermənistan buna heç bir reaksiya verməyib. Müəyyən prinsiplər əsasında sülh müqaviləsi üzrə danışıqlar prosesinin təşəbbüskarı da Azərbaycan olub. Maliyyə, hərbi və digər vasitələrlə dəstəklənən ermənilər isə öhtəliklərindən boyun qaçırıb, onları yerinə yetirmək istəməyib. Amma bu prosesin məntiqi sonluğa çatdırılması üçün sülh müqviləsi imzalanmalı və Ermənistan Azərbaycana qarşı ərazi iddialarına son qoymalıdır.
Ermənistan beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı irəli sürdüyü iddiaların əsasını da Ermənistan tərəfindən Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınmaması,Qarabağın Azərbaycandan ayrılması kimi məsələlər təşkil edir.
Təbii ki, burada beynəlxalq riyakarlıq və fransanın regionda yürütdüyü gərginləşdirmə siyasəti də az rol oynamır. Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin Avropa Şurası Assambleyasında radifikasiya edilməməsi bunun təzahürüdür. Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmalıdır. Əgər bu hüquqlar bərpa olunmasa, Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Hüquqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq.
Biz bir millət olaraq beynəlxalq aləmdə öz uğurlu siyasəti ilə sözünü demiş, Müzəffər Ali Baş Komandir İlham Əliyevin xalqının,millətinin,həkiminin, müəlliminin,idmançısının-bir sözlə, hər kəsin yanında olduğunu hiss edir, Azərbaycanı daha da uğurlu gələcəyə aparacağına inanırıq.
Balaxanı qəsəbəsi, 69 nömrəli məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Şəfa Nuriyeva