ABŞ Ukraynaya hərbi dəstəyi tamamilə dayandıraraq, savaşın maliyyələşdirilməsini bütövlükdə Avropa Birliyinin üzərinə yükləyib... Avropa Birliyi isə ABŞ-ın "beşinci kolon" vasitəsilə göstərdiyi təzyiqlər nəticəsində Ukraynaya dəstək paketi ayırıb, dərhal da kənara çəkildi...
ABŞ və Qərb Ukrayna savaşına münasibətdə taktikasını və strateji hədəflərini dəyişməyə başlayıb. Belə ki, hazırda ABŞ Ukrayna savaşının bütün maliyyə yükünü Avropa Birliyinin üzərinə qoymağa çalışır və böyük ölçüdə buna nail olub. Üstəlik, Ağ Ev Ukraynanı ABŞ üçün olduqca ciddi hərbi-siyasi və maliyyə-iqtisadi yük hesab etdiyindən tədricən kənara çəkilməyə çalışır.
Hər halda, ABŞ Konqresində əvvəlki planlaşdırmaya zidd olaraq, İsrailə Ukrayna nəzərə alınmadan 17 milyard dollarlıq maliyyə yardımı ayrılması barədə sənəd müzakirəyə çıxarılıb. Bu, o deməkdir ki, Ukrayna artıq bununla barışmalı, ABŞ-ın dəstəyindən ümidini tamamilə kəsməli olacaq. Yəni, bundan sonra ABŞ-ın Ukraynaya maliyyə vəsaiti xərcləmə ehtimalı o qədər də yüksək deyil. Və bunu artıq Avropa ölkələri etmək məcburiyyətindədir.
Maraqlıdır ki, Qərbdə ABŞ-ın Ukrayna savaşına münasibətdə öz mövqeyini bu qədər radikal məzmunda dəyişməsi kifayət qədər ciddi narazılıqlara yol açıb. Hətta bəzi Qərb siyasi dairələrində Ağ Evin rəsmi Kiyevə hərbi dəstəyini kəsməsi ABŞ-ın Ukraynaya xəyanəti kimi dəyərləndirilir. Və bu, Ağ Evin Qərb siyasi məkanında nüfuzunu zədələməklə yanaşı, ABŞ-ı dolayısı tənqidlərə də tuş gətirir.
Məsələ ondadır ki, NATO-nun baş katibi Yens Stoltenberq ABŞ-ın Ukraynaya hərbi dəstəyinin əvəzolunmaz və vazkeçilməz xarakter daşıdığını vurğulayıb. Ancaq onu da qeyd edib ki, Ağ Evin Ukraynaya hərbi dəstəyini dayandırması savaş meydanında situasiyanı qəlizləşdirə biləcək faktordur. NATO baş katibi Ağ Evin Ukrayna savaşına ABŞ-ın hərbi büdcəsinin çox cüzi bir hissəsini sərf edib. Və bu, ABŞ-a yönəlik çox ehtiyatlı, üstüörtülü qınaq kimi də qəbul oluna bilər.
Məsələ ondadır ki, NATO baş katibi çox təcrübəli siyasi xadimdir. Onun ABŞ-ın Ukraynaya hərbi dəstəyinin əvəzolunmaz və vazkeçilməz kateqoriyaya aid etməsi Ağ Evin kənara çəkilməsinin doğrura biləcəyi neqativ situasiyaya eyhamdır. Eyni zamanda, NATO baş katibinin "ABŞ-ın hərbi büdcəsinin cüzi bir hissəsi" vurğusu Ağ Evin Ukraynaya dəstək vermək imkanları geniş olduğu halda, kənara çəkilməsinə üstüörtülü eyham sayıla bilər. Və bu baxımdan, Qərbdə ABŞ-ın davranışlarından məyusluq olduğu inkaredilməz reallıqdır.
Ancaq Ağ Ev ABŞ-ın tərəfdaşlarına əhəmiyyət verməyə o qədər də vərdişli deyil. Əksinə, Ağ Evdə öz müttəfiqlərini ABŞ-ın maraqlarına uyğun davranmağa məcbur buraxmaq ənənəsinə daha qətiyyətlə riayət olunur. Ona görə də, Qərbdən yüksələn dolayısı qonaqların ABŞ-ın mövqeyinə təsir göstərə biləcəyinə yalnız sadəlövhlər inana bilər. Və bu baxımdan, Ağ Evin Avropa Birliyini öz "beşinci kalonu" sayəsində Ukrayna savaşının bütün maliyyə yükünü çəkməyə məcbur edə biləcəyi qətiyyən şübhə doğurmur.
Təbii ki, bütün bunlar Avropa Birliyi daxilində kifayət qədər ciddi narazılıqlar da doğurur. Bu qurumun üzvü olan bəzi dövlətlər Avropa Birliyinin Ukrayna savaşını təkbaşına maliyyələşdirmək imkanına malik olmadığı qənaətindədir. Belə qənaətlərin açıq şəkildə gündəmə gətirilməsi isə Avropa Birliyi daxilində qarşıdurma meyillərini gücləndirir. Halbuki, ABŞ bu qurum daxilindəki "beşinci kolonu" üzərindən Avropa Birliyini Ukraynaya yeni maliyyə dəstəyi paketini təsdiqləməyə məcbur edə bilib.
Avropa Birliyinin Ukraynaya dəstək üçün ayırdığı 50 milyard avroluq maliyyə paketi indiki situasiyada rəsmi Kiyevə müəyyən ümidlər verə bilər. Ancaq bu, yaxın perspektivdən çox da uzağa gedə biləcək ümid qaynağı deyil. Çünki Avropa Birliyi bu 50 milyard avronu Ukraynanın hərbi ehtiyaclarına yaxın dörd il ərzində xərcləmək barədə də qərar qəbul edib. Bu ilin xərcləri 17 milyard avro çərçivəsindən kənara çıxmayacaq.
Avropa Birliyinin bu qərarından sonra Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron “Zaman Ukrayna və onun müttəfiqlərinin tərəfindədir” desə də, bu, rəsmi Kiyevə o qədər də uzaqgedən planlar qurmaq imkanı vermir. Çünki Avropa Birliyinin Ukraynaya ayırdığı maliyyə yardımı həm də rəsmi Kiyevə yönəlik dolayısı mesaj xarakteri daşıyır. Belə ki, Avropa Birliyi 50 milyard avroluq vəsaiti dörd ilə bölməklə, Ukrayna savaşının davam etməli olduğu müddəti müəyyən mənada, rəsmi Kiyevin diqqətinə çatdırıb. Eyni zamanda, rəsmi Kiyevə dolayısı ilə mesaj verilib ki, yaxın dörd il ərzində Avropa Birliyindən daha artığını gözləmək tamamilə yersizdir.
Ona görə də, indi rəsmi Kiyevin narahat olmaq üçün daha çox əsasları mövcuddur. Belə ki, ABŞ Ukraynaya hərbi dəstəyi tamamilə dayandıraraq, bu məsələni Avropa Birliyinin üzərinə yükləyib. Digər tərəfdən, Avropa Birliyi də ABŞ-ın təzyiqləri ilə Ukraynaya dəstək paketi ayırıb. Ancaq Avropa Birliyi də verə biləcəyi maliyyə dəstəyinin çərçivəsini prinsipial olaraq, müəyyən edib. Yəni, Ukrayna Avropa Birliyindən yaxın dörd il üçün cəmisi 50 milyard avro ala biləcək. Və bu o deməkdir ki, ABŞ-ın ardınca, əslində, Avropa Birliyi də dörd illik "qaçış planı" quraraq, kənara çəkilib.
Belə anlaşılır ki, ABŞ və Qərb Avropa Birliyinin timsalında Ukraynaya sonuncu dəfə yardım göstərmiş oldu. Yəni, ABŞ və Qərb Rusiya istiqamətində son "atəşi" açdı. Bundan sonra Ukrayna təkbaşına hərəkət etməli olacaq. Avropa Birliyinin dörd il üçün ayırdığı 50 milyard avro heç bir illik savaş xərclərini ödəyə biləcək məbləğ deyil. Halbuki, Ukrayna bu il cəmisi 17 milyard avro ilə kifayətlənməli olacaq. Və bu, ABŞ-ın öz tərəfdaşı olan Avropa Birliyi ilə ortaq şəkildə humayə etməyi üzərinə götürdüyü bir ölkəni - Ukraynanı necə taleyin ümidinə buraxıb, qurban verdiyini açıq-aşkar hər kəsə göstərmiş oldu.(Yeni Müsavat)