2003-cü il müstəqil tariximizin ən həllədici məqamında Azərbaycan xalqı doğru seçim edərək öz gələcəyi üçün ən doğru addımı atmışdı. Ümummilli lider Heydər Əliyevin siyasəti uğurla davam etdirilmişdir. Başqa cür olsa idi, xalqımız faciələrlə üzləşə bilərdi.
Zaman göstərdi ki, güclü lider olmadan gənc müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilər. 1993-2003-cü illərin hadisələrinə nəzər salsaq görərik ki, məhz bu zaman dövlətçilik ənənələri bərpa olundu, vətəndaş cəmiyyəti yaradıldı. Azərbaycan həm beynəlxalq , həm də regionda siyasət prioritetlərin düzgün seçilməsində bir çox ölkələrə nümunədir.
20 sentyabr müasir tariximizin dönüş nöqtəsinin başlandığı gündür. Biz ədalətə inandıq və qələbə qazandıq. Xocalıda bayrağı qaldırandan sonra biz tam əminliklə deyə bilərik ki, Xocalı qurbanlarının qanı yerdə qalmadı. Xankəndində bayrağın qaldırılması ədalətin tam pərbası və Zəfərimizin son nöqtəsi idi.
Bizim apardığımız uğurlu işlərdən sonra artıq Qarabağa qanunsuz silah-sürsat, mina və canlı qüvvələrin aparılması mümkün deyil.
23 aprel tarixində olan hadisələr nəticəsində ərazi bütövlüyümüz tam bərpa edildi və biz göstərdik ki, bu torpaqların sahibləri bizik.
Hal-işğaldan azad olunmuş ərazilərdə Azərbaycan sırf öz maliyyə vəsaiti əsasında təmir və yenidən qurma işləri həyata keçirir.
Azərbaycan və Fransa arasındakı münasibətlər istər 1990-cı illərdə, istərsə də 2003-cü illərdən sonra kifayət qədər normal idi. Bu münasibətlər İkinci Qarabağ müharibəsindən əvvəl yavaş-yavaş pozulmağa başlamışdı. Bu da Fransada siyasi arenada baş verən nəsil dəyişikliyi ilə bağlı idi. Müharibə zamanı Prezident Makron dəfələrlə zəng edib vəziyyətlə maraqlanırdı. Fransa artıq bizə qarşı açıq-aşkar anti Azərbaycan siyasəti aparırdı. Amma onlar istəkləri nail ola bilmədilər. Hal-hazırda Fransada Nətəvanın heykəlinin təhqir olunması vandalizm aktıdır. Və onlar bu əməlləri ilə ermənilərdən az fərqlənirlər.
Suverenliyimiz tam bərpa olunub. Bu il ilk dəfə olaraq seçkilər ərazilərimizin hər yerində keçiriləcək.
Bu il Qarabağda bir sıra nəhəng layihələr həyata keçiriləcək. Yollar, körpülər, məktəb və xəstəxanalar artıq inşa olunmağa başlayıb. 140 min keçmiş köçkün üç il ərzində öz dədə-baba yurdlarına qaytarılacaqlar.
Dəqiq və düşünülmüş diplomatik addımların nəticəsində COP29 Azərbaycanda keçiriləcək. Qonaqların sayına görə bu , ən böyük tədbirdir. Bu da ölkəmizin imkanlarının növbəti nümayişidir.
Biz Qarabağ məsələsində tamamilə haqlıydıq. Heç kim bizi bu yoldan döndərə bilməzdi. Biz haqlı olduğumuzu bildiyimiz üçün bir dənə nahaq iş görmədik. Gücümüz cəmiyyətin və xalqın birliyindədir. Bu birlik olmasaydı, biz heç vaxt müharibəni uda bilməzdik.
Maştağa qəsəbəsi, 128N-li tam orta məktəbin
Azərbaycan dil və ədəbiyyat müəllimi Mehri Əliyeva