Prezident İlham Əliyev cari ilin 10 yanvar tarixində yerli televiziya kanallarına müsahibə verib. Prezident müsahibə zamanı müxtəlif mühüm məqamlara toxunub. Müstəqilliyimizin ilk iki ili əyani şəkildə göstərir ki, güclü lider olmadan və düşünülmüş siyasət olmadan istənilən ölkə, xüsusilə gənc müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilər. Azərbaycan həm beynəlxalq aləmdə, həm regionda, eyni zamanda, daxili siyasət prioritetlərinin düzgün seçilməsində bir çox ölkələr üçün nümunə ola bilər.
Qələbəyə hazırlıq ümummilli bir məsələyə, ümummilli hərəkata çevrildi və 30 il ərzində bir çox beynəlxalq tərəfdaşlarımızın səylərinə baxmayaraq, bu mövzu unudulmadı. Prezident fəaliyyətimin 20 ili tamamlanması bir dövrdür. 20 ildən sonra yenidən prezident seçkilərinin keçirilməsi təbii ki, bu xronoloji dövrü də əsaslandırmış olur.
Hal-hazırda vacib məqamlardan biri işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinin aparılmasıdır. İnvestisiya Proqramı bərpa işlərinin əsas alətidir. Beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıtmışlar. Laçın, Füzuli şəhərləri, Ağalı, Talış və Zabux kəndləri artıq dirçəlir. Bu il həmin o yaşayış məntəqələrinə keçmiş köçkünlərin qaytarılması davam edəcək. Bu ilin İnvestisiya Proqramı yaxın günlərdə təsdiq olunacaq. Həm Qarabağa, Şərqi Zəngəzura, həm də ölkəmizin digər yerlərinə aid İnvestisiya Proqramı bizim əsas alətimizdir, bərpa üçün əsas alətimizdir.
İşğaldan azad olunmuş ərazilərin işgüzar fəallığının stimullaşdırılması və sərmayə potensialının təşviqi üzrə layihələrə xüsusi diqqət yetirilir.
Dövlət-özəl sektor tərəfdaşlığının təşviqi xüsusi əhəmiyyət kəsb edir və bu tərəfdaşlığın təşviqi Fondun qarşısında qoyulmuş vəzifələrdən biridir. Bu istiqamətdə vəzifələri yerinə yetirərkən Fond müxtəlif müvafiq dövlət strukturları, xarici investisiya şirkətləri və fondları, eləcə də fərdi və korporativ investorlar kimi maraqlı tərəflərlə tərəfdaşlıq edir.
İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması prosesinə maliyyə dəstəyinin göstərilməsi Qarabağ Dirçəliş Fondunun Nizamnaməsində əksini tapmış əsas vəzifələrdən biridir. Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının 20.12.2021-ci il tarixli qərarı ilə təsdiq olunub.
Bakıxanov qəsəbəsi, 107 saylı tam orta məktəbin
psixoloqu Gülarə İsmayılova