Uzun illərdən sonra ilk dəfə Azərbaycan məhz prezident İlham Əliyevin hakimiyyəti illərində bütün işğal altında olan torpaqlarımız düşmən tapdağından azad oldu

Uzun illərdən sonra ilk dəfə Azərbaycan məhz prezident İlham Əliyevin hakimiyyəti illərində bütün işğal altında olan torpaqlarımız düşmən tapdağından  azad oldu
Cənab İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti, ölkənin başçısıdır . O, 2003-cü ildə ilk dəfə hakimiyyətə gəlib, sonradan 2008-ci il, 2013-cü il, 2018-ci ildə keçirilmiş prezident seçkilərində də yenidən seçilib. Onun hakimiyyət illərində Azərbaycan ölkəsində bir sıra daxili və xarici siyasət məsələləri, qabaqcıl tədbirlər və dəyişikliklərlə yadda qalmışdır. Prezident İlham Əliyevin hakimiyyətində Azərbaycanın iqtisadiyyatında böyük inkişaf, neft və qaz sənayesi, infrastrukturların inkişafı və digər sahələrdə tədbirlər görülmüşdür. O, ölkədə ali təhsilin və sosial təminatın inkişafına da diqqət yetirmişdir. Həmçinin, prezident İlham Əliyev hakimiyyətində Azərbaycan və bölgədə müxtəlif məsələlərdə aktiv siyasət izləmiş və xarici əlaqələri gücləndirmişdir. Öz ərazi bütövlüyünü qorumaq üçün regionla əlaqələrində müstəqil və razılaşmaz bir mövqe göstərmişdir. Uzun illərdən sonra ilk dəfə Azərbaycan məhz prezident İlham Əliyevin hakimiyyəti illərində bütün işğal altında olan torpaqlarımız düşmən tapdağından azad oldu. Regionda tam müstəqil bir ölkənin olmasını və Azərbaycanın Qələbəsini həzm edə bilməyən dövlətlərin təxribatlarının qarşısını almaq üçün siyasi sistemin gücləndirilməsi strateji əhəmiyyət kəsb edir. 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Növbədənkənar seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir. 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar Prezident seçkilərini Zəfər seçkiləri adlandırmaq olar. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa verdiyi sözə tam əməl etdi. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, üçrəngli bayrağımızı Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda şərəflə dalğalandırdı.


Bakıxanov qəsəbəsi, 107 saylı tam orta məktəbin
psixoloqu Gülarə İsmayılova



Oxşar xəbərlər