7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar Prezident seçkilərini Zəfər seçkiləri adlandırmaq olar. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa verdiyi sözə tam əməl etdi. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, üçrəngli bayrağımızı Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda şərəflə dalğalandırdı.
Prezident İlham Əliyev tək Azərbaycanda yox, bütövlükdə Cənubi Qafqazda yeni dövr başladır. Uzun müddət münaqişələr, düşmənçiliklərdən yorulmuş Cənubi Qafqazda sülh və əmin-amanlıq dövrü başlayır. Müstəqilliyimizi bərpa etdikdən sonra fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilk dəfə bütövlükdə Azərbaycan ərazisində keçiriləcək, işğaldan azad edilmiş torpaqlarımızda ilk seçki olacaq. Odur ki, bu seçki həm də, tarixi zəfər seçkisidir. Azərbaycanın quruculuğunda heç bir amilə yox, məhz xalqın etimadına güvənərək erkən seçkilərə gedir. Bu, Liderin xalqına inamı, xalqın isə Prezidentinə olan etimadının ən ali göstəricisidir. Bu, eyni zamanda, xalq üçün bir fürsətdir ki, 20 ildir bizi qələbədən-qələbəyə aparan, Azərbaycanı qalib dövlətə çevirən müzəffər Liderinə özünün minnətdarlığını çatdırsın. Prinsip etibarilə Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsində qeyri-adi heç nə yoxdur. Hətta bunun olacağı gözlənilirdi. Belə ki, 2020-ci il sentyabrın 27-də başlamış Vətən müharibəsi Azərbaycanın tarixi qələbəsi ilə başa çatdı. 2023-cü il sentyabrın 19-20-də keçirilən lokal antiterror tədbirləri isə ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpası prosesini tamamladı. Dünya təcrübəsində belə üstünlüyün seçki prosesində istifadə edilməsi təbiidir.
Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta məktəbin
coğrafiya müəllimi Şəlalə Səmədova