İşğal olunmuş ərazilərin böyük hissəsi 2020-ci ildə azad edilmişdi. Azərbaycan Respublikası torpaqlarının 20 faizi 30 ilə yaxın Ermənistan Respublikası tərəfindən işğal altında saxlanılmışdı. Bu illər ərzində bu ərazilərdə milli-mədəni irsimiz məhv edilmiş, təbii sərvətlərimiz talan edilmiş, iqtisadiyyata ciddi zərər vurulmuş, 1 milyondan artıq azərbaycanlı qaçqın vəziyyətinə düşmüşdür. Qarşıdurmalar 27 sentyabr 2020-ci il səhər saat 06:00-da Qarabağ müharibəsindən sonra yaradılmış təmas xətti boyunca başladı. Bunun ardınca Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycan isə hərbi vəziyyət, komendant saatı və qismən səfərbərlik elan etdi. Qarabağdakı ən böyük ikinci şəhər olan Şuşanın azad edilməsindən sonra İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan arasında 10 noyabr 2020-ci il, saat 00:00-dan etibarən bütün döyüş əməliyyatlarını dayandıran atəşkəs bəyanatı imzalandı. Müqaviləyə əsasən, Azərbaycan 44 günlük Vətən müharibəsində işğaldan azad etmiş əraziləri nəzarəti altına keçirdi, həmçinin Azərbaycan Türkiyə və İranla həmsərhəd olan Naxçıvana dəhliz əldə etdi. Prezidentimiz, cənab Ali Baş Komandan İlham Əliyevin göstərişi, əsgərlərimizin cəsur, mərd, qorxmazlığı ilə 2020-ci il Azərbaycan Respublikasının tarixinə qızıl hərflərlə yazıldı.
Ali Baş Komandanın uğurlu siyasətinin nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa edilmiş, dədə-baba torpaqlarımız düşmən tapdağından azad edilmişdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: “Biz qayıdırıq, Azərbaycan qayıdır! Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir. Məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıtması üçün biz əlimizdən gələni edəcəyik, işğaldan azad edilmiş bu torpaqları yenidən quracağıq. “Qarabağ Azərbaycandır və nida!” ifadəsi artıq bizim qələbəmizin rəmzi idi.
Balaxanı qəsəbəsi, 259 nömrəli tam orta məktəbin
İbtidai sinif müəllimi İmmi Mirzəyeva