44 gün ərzində apardığımız haqq savaşı dost və qardaş ölkələri bizə bir daha tanıtmaqla yanaşı, həm də özünü dost kimi qələmə verib, məkrli siyasət aparan dövlətlərin əsl simasını da üzə çıxartdı. Hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyən Türkiyə bu dəfə də dövlətimizin çətin günündə öz mənəvi dəstəyini və köməyini əsirgəmədi. Azərbaycan-Türkiyə münasibətləri digər ölkələrlə münasibətlərdən tamamilə fərqlənir. Dünya xəritəsində kiçik bir yeri əhatə edən Azərbaycan dövləti 44 gün ərzində dünyaya səs salaraq bütün gücünü göstərdi. Azərbaycan dövləti öz əzəli-əbədi torpaqlarını işğaldan azad etmək üçün əks-hücum tədbirlərinə başladı. Türkiyə dövlətinin və onun Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstək təmənnasız qardaşlığın parlaq nümunəsidir. Vətən müharibəsi dövründə Türkiyənin bütün dövlət strukrurları Azərbaycanın qələbəsi üçün bütün sahələrdə böyük əzmkarlıq göstərdilər. Beynəxalq səviyyədə nə qədər təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi.
Şanlı qələbə Azərbaycan xalqının böyük Zəfəri deməkdir. Zəfər isə mərd oğullarmızın, igid qəhrəmanlarımızın, vətən yolunda sağlamlıqlarını qurban vermiş qazilərmizin, millətimizin gələcəyi üçün hər an döyüşə hazlr olan veteranlarımızın, özünü vətənə fəda etmiş şəhidlərmizin sayəsində qazanıldı.
Azərbaycan xalqı 30 il işğal altında olmuş torpaqları geri qaytardı. Çünki dövlət başçımızın düzgün siyasəti altında dəmir yumruğa çevrildi. Tarixini bu möhtəşəm Qələbə ilə şərtləndirən Azərbaycan xalqı bütün dünyaya öz gücünü, haqq uğrunda mübarizə aparmaq əzmini nümayiş etdirdi. Bu zəfərlə biz Ermənistanın 30 illik işğalına son qoyduq. Bu gün işğaldan azad olunan tarixi torpaqlarımızda üçrəngli Azərbaycan bayrağı əzəmətlə dalğalanır. Və haqlı olaraq Azərbaycanın bayrağı ilə yanaşı Türkiyənin dövlət bayrağı da dalğalanır. Bu bir qardaşlıq rəmzidir. Bu "İki dövlət, bir millət" ifadəsidir. 44 gün Azərbaycana həm maddi, həm mənəvi dəstək olan Türkiyə şəhidlərimizi öz şəhidləri kimi qəbul etdi, onların şəhadətinə ehtiramla yanaşdı, itkimizə kədərləndi, qələbəmizə sevindi.
Zəfər yalnız Azərbaycan xalqının olmadı. Zəfər Azərbaycan - Türkiyə qardaşlığının oldu.
Mən fəxr edirəm ki, Azərbaycanlıyam! Mən fəxr edirəm ki, türk övladıyam!
Yaşasın Azərbaycan!
Yaşasın Türkiyə!
Zəfərimiz əbədi olsun!
Maştağa qəsəbəsi, 187 nömrəli tam orta məktəbin
İnformatika laborantı Gültəkin Rüstəmova