“Meyvəli” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Əbülfət Qocayev - Müzəffər Ordu onun qarşısında duran vəzifələrin öhdəsindən məharətlə gəlib. Böyük Qələbənin əhəmiyyətindən danışarkən ilk və xüsusi olaraq onu qeyd etməliyik ki, Kürəkçay müqaviləsindən keçən son 200 illik tariximizdə Prezident İlham Əliyev yeganə şəxsiyyət, ilk liderdir ki, itirilmiş, düşmən tərəfindən işğal olunmuş ərazilərin azad edilməsinə və Xalqa qaytarılmasına nail oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz qətiyyəti, dəmir iradəsi, yeritdiyi güclü daxili və xarici siyasət, Prezident kimi 17 illik fəaliyyəti dövründə qəbul etdiyi qərarlar, atdığı addımlar, sərgilədiyi diplomatik gedişlər qazandığımız qələbənin baş tutmasında ən önəmli amil olub.
Vətən müharibəsində Böyük Qələbəmizdə vacib olan amillərdən biri də Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu ordu quruculuğu siyasətinin Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən yeni dövrün tələbləri səviyyəsində inamlı, uğurlu davamı idi. Dövlət başçısının son illərdə qəbul etdiyi qərarlar, atdığı inamlı addımlar qüdrətli ordu yaratmaq istiqamətində gərək olan bütün zəruri tədbirlərin həyata keçirilməsini təmin edib.
Ordu nə qədər güclü, müasir, dəqiq və böyük dağıdıcı gücə malik silahlarla silahlansa da döyüş meydanında son sözü deyən yenə də insan faktoru, döyüşə atılan insanların Vətən sevgisi və inandığı amal uğrunda gözünü qırpmadan canından keçməyə hazır olmasıdır. Vətən müharibəsində Zəfər qazanmağımızda Azərbaycan əsgər və zabitlərinin peşəkarlığı, yüksək mənəvi keyfiyyətləri, cəsurluğu, vətənpərvərliyi, inamı, şəxsi rəşadətləri, qələbə əzmi, döyüş əhval-ruhiyyəsi çox önəmli idi. Yeni tarix yazan Müzəffər Ordumuzun hərbi qulluqçularının göstərdiyi qəhrəmanlıq, rəşadət, igidlik, qanı və canı bahasına əldə olunmuş Qələbə hər birimizə qürurverici anlar yaşatdı.
Xalq öz Müzəffər Ali Baş Komandanını daha da yaxından tanıdı, dövlətimizin başçısının necə iradəli, qətiyyətli, əzmkar, verdiyi sözü tutan şəxsiyyət olduğuna bir daha əmin olmaqla yanaşı, onun ən yüksək keyfiyyətlərə məxsus vətəndaş və bu qələbələri böyük coşqu ilə alqışlayan necə sadə bir insan olduğunun da şahidi oldu.
Döyüş meydanında məğlub olan Ermənistan bu qanunları pozdu, müharibə cinayətləri törədərək, şəhər və kəndlərimizi, dinc əhalini atəşə tutdu. Lakin bu cür təxribatlar Azərbaycan Ordusunun və xalqının əzmini qıra bimədi. Azərbaycan Ordusu dövlətimizin qüdrətinin nümunəsidir, xalqımızın iftixar yeridir, Ordumuzun şəxsi heyəti istənilən qələbələri qazanmağa qadirdir. Azərbaycan Ordusu və xalqı bu gün öz Liderinin ətrafında yumruq kimi birləşərək misli görünməmiş həmrəylik nümayiş etdirdi.
Azərbaycanın Vətən müharibəsində əldə etdiyi zəfər də bugünədək xalqımızın, dövlətimizin tarixində bir ilk olan möhtəşəm qələbə kimi yazıldı.