VƏTƏN MÜHARİBƏSİ AZƏRBAYCANİN TARİXİ QƏLƏBƏSİ İLƏ YEKUNLAŞDI

VƏTƏN MÜHARİBƏSİ AZƏRBAYCANİN TARİXİ QƏLƏBƏSİ İLƏ YEKUNLAŞDI Vətənpərvərlik şəxsiyyəti səciyyələndirən ən yüksək əxlaqi etik keyfiyyətdir.Bu xususiyyət Azərbaycan xalqının həyatinda başlıca meyar və xarakter olmuşdur. Xalqımız öz vətənpərvərliyini əzmini şücaətini gücünü İkinci Qarabağ müharibəsində təkcə qarşı tərəfə düşmənimizə deyil bütün dünyaya nümayiş etdirdi.
Azərbaycan Xalqının 30 illik torpaq həsrətinə 44 günlük vətən müharibəsi son qoydu. Qəhrəman ordumuzun erməni ordusuna qarşı apardığı müharibə milli şüurun xalq və ordu birliyinin göstəricisi idi. O gün hər kəs Vətən fədaisi oldu. Erməni təcavüzünün qəhrəmancasına dəf edilməsi və əkshücuma kecərək düşmənə sarsidıcı zərbələrin vurulması xalqımızın qələbə əzminin nümayişi oldu. Vətən müharibəsi zamanı təkcə Azərbaycanda yaşayan vətəndaşlarımız deyil həmcinin dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlilar dövlətçiliyimizi qorumaq ərazi bütövlüyümüzü təmin etmək milli birliyimizi möhkəmləndirmək üçün dəmir yumruqda birləşdi. Bu birlik xalqımızın əzminin sarsılmaz vüqarının göstəricisi idi.
Azərbaycan Respublikasinin prezidenti Müzəffər ordumuzun Ali Baş Komandanı İlham Əliyevin mahir siyasəti sərkərdəlik məharəti qətiyyətli iradəsi ilk gündən xalqımıza güc verdi. Prezidentimizin düşmənin başı üzərində tutduğu dəmir yumruğu xalqımızın birlik və güc simvoluna çevrildi.
Bu qələbə Ulu Ondərimiz Heydər Əliyev siyasətinin layiqli davamçısı prezident İlham Əliyevin birləsdiricilik quruculuq xilaskarliq missiyasının nəticəsidir. Prezidentimizin “Mən hər bir azərbaycanlının prezidentiyəm” “Azərbaycan dünyanın bütün azərbaycanlılarının vətənidir” sözləri ölkəmizdəki bütün etnosları mənəvi cəhətdən daha sıx və daha möhkəm vahid Azərbaycan milləti adı altında birləşdirdi.
Müharibə zamanı vətən naminə könüllü yazılanlar o qədər çox idi ki, dövlətin ümumi səfərbərlik elan etməsinə ehtiyac qalmamışdı.
İkinci Qarabağ müharibəsindəki möhtəşəm qələbə şəhidlərimizin qəhrəman qazilərimizin ordumuzun sayəsində əldə edildi. Müharibədən sonra da ordumuzun döyüş qabiliyyətinin artırılması hərbi müttəfiqlərlə təlimlərin davam etdirilməsi bir daha onu göstərir ki tez bir zamanda Qarabaöın digər əraziləri də düsmən işğalından azad edəcəyik


Bakıxanov qəsəbəsi, 72 saylı məktəb-liseyin
Tarix müəllimi Aygül Əfəndiyeva

Oxşar xəbərlər