Yaxın illərdə Hövsan Aerasiya stansiyasında çirkab suların təmizlənməsi nəticəsində yığılan tullantılardan enerji alınması üçün bioenerji stansiyasının quraşdırılması layihəsinin həyata keçirilməsi planlaşdırılır

Yaxın illərdə Hövsan Aerasiya stansiyasında çirkab suların təmizlənməsi nəticəsində yığılan tullantılardan enerji alınması üçün bioenerji stansiyasının quraşdırılması layihəsinin həyata keçirilməsi planlaşdırılır
Qaradağ rayonunun Sənqəçal qəsəbəsi yaxınlığlnda quraşdırılan günəş elektrik stansiyasının layihə gücü 9 MVT.-dır. Layihənin icrasına 2014 – cü ildə başladilmış və hazırda layihə üzrə işlər davam edir.
Quraşdırılacaq elektrik stansiyası Səngəçal qəsəbəsinin və ümumilikdə Qaradağ rayonunun elektrik enerjisinə olan ehtiyacının daha yüksək səviyyədə təmin edilməsinə xidmət edəcəkdir. Stansiyada ən son texnologiyalarla hazırlanmış 36 minə yaxın günəş panelinin quraşdırılması və etibarlı elektrik ötürmə sisteminin yaradılması davam edir.
Külək adası - 1 layihəsi Xəzər akvatoriyasında Pirallahı və Çilov adalarını birləşdirən unikal külək elektrik stansiyasıdır. Stansiyanın layihə gücü 200 MVT təşkil edir. Bu layihənin 2016-2018-ci illərdə reallaşdırılması planlaşdırılmışdı. Bu layıhə eyni zamanda bir neçə mühüm məsələnin həllini nəzərdə tutur.
Yaxın illərdə Hövsan Aerasiya stansiyasında çirkab suların təmizlənməsi nəticəsində yığılan tullantılardan enerji alınması üçün bioenerji stansiyasının quraşdırılması layihəsinin həyata keçirilməsi planlaşdırılır. Layihənin həyata keçirilməsində məqsəd çirkab sularının təmizlənməsi, zəhərli qazların və tullantıların enerjisinin alınmasıdır. Bu stansiya vasitəsi ilə Türkan və Hövsan qəsəbələrini istilik və elektrik enerjisi ilə təmin edəcəkdir. Bununla yanaşı, stansiyanın işləməsi il ərzində 93,8 milyon kubmetr təbii qaza qənaət etməyə imkan verəcəkdir.
Təxminən ilyarımdan bir qədər çox müddət ərzində Abşeron yarımadasının boş hissənin yaşıl enerji mənbəyinə çevrildiyini görəndə qürur duyuruq. Bu əlamətdar nailiyyətdir.


Zabrat qəsəbəsi, 71 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Gülnarə Əzimova

Oxşar xəbərlər