Elektroenergetika sektorunun inkişafı dövlətin iqtisadi siyasətinin mühüm tərkib hissəsi olaraq qalmaqdadır

Elektroenergetika sektorunun inkişafı dövlətin iqtisadi siyasətinin mühüm tərkib hissəsi olaraq qalmaqdadır

Mingəçeviri, Azərbaycanı enerji mərkəzinə çevirən Ulu Öndər Heydər Əliyev olmuşdur. Onun rəhbərliyi ilə 1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının təməli qoyulmuşdur. Böyük stansiyanın birinci blokunun 1981-ci ildə Heydər Əliyevin şəxsən iştirakı ilə açılışı olmuşdur.
Ümumi generasiya gücü 2400 meqavat olan stansiya ölkəmizin enerji potensialının böyük hissəsini ödəyərək imkan verdi ki, hətta müstəqilliyimizin ən ağır illərində, ilk illərdə Azərbaycanda elektrik enerjisi ilə təchizat təmin edilsin. Halbuki o vaxt Bakıda və Azərbaycanın müxtəlif yerlərində yaşamış insanlar yaxşı xatırlayırlar ki, o dövrdə hətta elektrik enerjisi kəsilirdi, kəsir var idi, özümüzü təmin edə bilmirdik. Xalqımız böyük çətinliklərlə üzləşirdi. Amma buna baxmayaraq, əsas yükü o zaman məhz Mingəçevir Elektrik Stansiyası öz üzərinə götürmüşdür.
Ölkəmizdə elektroenergetika sektorunun inkişafı ötən dövrlərdə olduğu kimi, bu gün də dövlətin iqtisadi siyasətinin mühüm tərkib hissəsi olaraq qalmaqdadır. Qeyd olunan bu əsasları əvvəlcədən görərək Ulu Öndər Heydər Əliyev dövlətin milli təhlükəsizliyinin mühüm komponenti hesab olunan güclü enerji sistemini yaratmışdır.
Yeni elektrik stansiyasının istismara verilməsi 2025-ci ildə nəzərdə tutulur və 1280 meqavat gücündə elektrik stansiyası müstəqillik dövründə tikiləcək ən böyük istilik elektrik stansiyası olacaqdır.


Bakıxanov qəsəbəsi, 96 saylı tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Ofelya Məmmədova


Oxşar xəbərlər