Prezidentimiz İlham Əliyevin iştirakı ilə cari ilin 13 fevral tarixində Bakıda “Gülüstan” sarayında Müstəqillik dövrün ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. Mərasimdə İtaliya şirkətləri və “Made in Italy” naziri Adof Urso, “Asnsaldo Marino” Şirkətinin prezidenti Cuzeppo Marino da iştirak edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxışı zamanı yeni elektrik stansiyasının açılışının 2025-ci ildə nəzərdə tutulduğunu qeyd edib. Mingəçevirdə fəaliyyət göstərən elektrik stansiyası bu gün ölkəmizin elektrik enerjisinə ehtiyacının böyük hissəsini ödəyir. Yeni elektrik stansiya ölkəmizin enerji potensialını daha da, gücləndirəcək. Stansiyanın ümumi dəyəri təqribən 400 milyon dollara qədər olacaq və daxili resurslar çərçivəsində inşa ediləcək. Ödəniləcək vəsaitin 60 faizi “Azərenerji”nin öz vəsaiti hesabına təmin ediləcək. Qalan 40 faiz isə kreditlər vasitəsilə təmin ediləcək. Burada iş əmsalı çox yüksək olacaq, təbii qaza böyük qənaət olacaq. Bu, hərtərəfli uğurlu bir layihədir.
Yeni elektrik stansiyasının tikintisi əməkdaşlıq çərçivəsində görüləcək. İtalya şirkətləri və Çinin bir şirkəti bu stansiyanın tikintisində iştirak edəcək. “Azərenerji” ilə İtaliyanın “Ansaldo” şirkəti arasındakı əlaqələr burada mühüm rol oynayır. Bu şirkətlər arasında müqavilələr İkinci Qarabağ müharibəsi başa çatandan dərhal sonra imzalanmışdır.
İtaliya şirkətinin bu stansiyanın inşasında iştirakının bir neçə səbəbi var. İtaliya bizim strateji tərəfdaşımızdır. İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. Azərbaycan neftinin böyük hissəsi və iki ildən artıqdır ki, Azərbaycan qazı İtaliya bazarına çatdırılır. İtaliya-Azərbaycan əlaqələri təkcə iki ölkənin maraqlarını təmin etmir, Avropanın maraqlarını təmin edir. TAP layihəsi bizim birgə uğurumuzdur. Keçən il Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış sənədə əsasən, biz Avropa məkanına ixrac edilən təbii qazın həcminin artırılmasını təmin edəcəyik. Əlbəttə ki, burada TAP layihəsinin iki dəfəyədək genişləndirilməsi gözlənilir.
Mingəçevir şəhərinin Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır. Stansiya bizim potensialımızı böyük dərəcədə gücləndirəcək. Azərbaycan həm daxili tələbatı ödəyəcək, həm də ixracat imkanları genişlənəcək. Yeni stansiyanın tikilməsi ölkədə yüksələn enerji tələbatının qarşılanması, ixrac imkanlarının artırılması, enerji dayanıqlılığının təminatı, əlavə generasiya güclərinin yaradılması,bərpa olunan enerji mənbələrinin enerji sisteminə əlaqələndirilməsinin əks təsirlərinin balanslaşdırılması, ətraf mühitin çirklənmədən qorunması, təbii qaza qənaət edilməsi və yeni iş yerlərinin açılması baxımından böyük əhəmiyyətə malikdir.
Maştağa qəsəbəsi, 28 nömrəli tam orta məktəbin
Coğrafiya müəllimi Vəfa Babayeva