Tarixə nəzər salsaq XIX əsrin əvvəllərində Qafqazın Rusiya tərəfindən işğalından sonra Zəngəzur qəzası Gəncə quberniyasına tabe edilib. Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçın buraya daxil edilib. 1920-ci il 28 aprel işğalından sonra Bolşevik Rusiyasının təkidi ilə Zəngəzur Azərbaycanın əlindən alınaraq Ermənistana birləşdirildi. Nəticədə, qəzanın yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qalıb. Rayonun ərazisində bir sıra faydalı qazıntılar – tikinti daşı , qızıl yatağı, əhəng xammalı, suszlaşdırılmış soda üçün əhəng daşı vardır. Rayon ərazisindən 4 çay-Araz, Oxçuçay , Həkəri və Bəsitçay keçir. Rayonda füsünkar təbiəti olan Bəsitçay qoruğu, Avropada ən böyük, dünyada Kanadadan sonra ikinci yer tutan Çinar meşəsi olmuşdur. Azərbaycan Xalq Cumhuriyyəti zamanında 120 hektara yaxın olan Çinar meşəsinin bir hissəsi Azərbaycanda Sovet hakimiyyətinin ilk illərində Zəngəzur torpaqlarının Ermənistana verilməsi ilə əlaqədar olaraq erməni kəndlərinin ərzaisində qaldı.
Zəngilan ərazisi şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər olan ərazini əhatə edir . Şimaldan Qubadlı , Şərqdən Cəbrayıl rayonu, cənubdan Araz çayı boyunca İran İslam Respublikası, qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir. Rayon Respublikanın dağətəyi ərazisində yerləşməklə iqtisadi cəhətdən əsasən kənd təsərüffatı istiqamətli olmuş , 29 kalxoz –savxozu , 1 arıçılıq təsərüffatını, 4 kooperativi və 3 kəndli-fermer təsərüffatını əhatə etmişdir. 1970-80-ci illərdə üzümçülük sürətlə inkişaf etmişdir. Ərazisində 21 dəmiryol müəssisəsi, 6 dəmiryol vağzalı fəaliyyət göstərirdi. Füzuli və Cəbrayıl rayonları işöal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşdu. 25-29 oktyabr 1993-cü ildə Zəngilan rayonunun əhalisi son anadək vuruşaraq 235 nəfər şəhid və itkin verərək yeganə çıxış yolu oaln Araz çayını keçmiş, İran İslam Respublikası ərazisi ilə keçərək Azərbaycanın 43 rayonunda müvəqqəti məskunlaşmışlar.
Erməni vandalizmi nəticəsində şəhər və kəndləri tamamilə dağıdılmış, 6 tarixi-dini abidəsi, 20 ziyarətgahı , VI –XIX əsrlərə aid 20 dən çox tarixi memarlıq abidələri məhv olmuşdur. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi ordumuzun Zəngilan rayonunun inzibati ərazisinə çatmasına imkan yaratdı. 2020-ci il sentyabrın 20-si Zəngilan döyüşləri zamanı Zəngilan şəhəri rayonun 4 qəsəbəsi, 83 kəndi işğaldan azad edildi. Beləliklə işğal altında qalmış 132 km sərhəd bərpa edildi. Sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri görülməyə başladı. 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi. Silahlı qüvvələrin 6974 hərbi qulluqçusu bu medalla təltif olundu.
İşğaldan azad olunandan dərhal sonra böyük quruculuq işləri həyata keçirilməyə başladı. Birinci pilot layihə Ağalı-ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir. Burada infrastruktur layihələr həyata keçirilib. Qarabağın “Yaşıl enerji” zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolu var. Şəhərin baş planı təsdiq edilib, bir neçə yaşayış layihələri həyata keçirilməkdədir. Zəngilan həm də loqistik mərkəzə çevriləcək. Horadiz-Zəngilan-Ağbənd dəmiryolunun inşası böyük strateji əhəmiyyət daşıyır. Belə ki buradan Naxçıvana yol açacaq. Eləcə də Zəngilan Beynəlxalq hava limanı istifadəyə verilməsi bölgənin inkişafı baxımından böyük rol oynayır. Zəngilanı Naxçıvanla ayıran 40 km Zəngəzur Dəhlizinin açılması Azərbaycanın növbəti tarixi nailiyyəti olacaq. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilan qədim torpağını da Qərbi Zəngəzurla , sonra Naxçıvan və Türkiyə ilə birləşdirmək olacaq. Hazırda Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunur. Zəngilanda Azərbaycan və Türkiyə şirkətlərinin birgə müəssisəsi olan “Dost Aqropark” adlı layihə həyata keçirilir. Zəngilan gələcəkdə Azərbaycanın qida təhlükəsizliyinə öz töhfəsini verəcək. Müzəffər ali baş komandan İlham Əliyev azad Zəngilana 10-dan çox səfər etmişdir. İlk səfərinin birində Bəsitçay qoruğunda salamat qalmış bir qoca çinarı qucaqlamağı məni bir Zəngilanlı kimi kövrəltmiş, həm də böyük qürur vermişdir. İnanıram ki, 2025-ci ilədək Zəngilanlılar öz doğma şəhər və kəndlərinə qayıdacaqlar və o torpaqlarda əbədi yaşayacaqlar. Biz canlarını qurban vermiş şəhidlərin ruhu qarşısında baş əyir, qzilərimizə şəfa diləyirik . Ali baş komandanımıza dərin minnətdarlığımızı bildiririk. Yaşasın Azərbaycan ordusu! Eşq olsun Azərbaycan xalqına !
Bilgəh qəsəbəsi, 142 nömrəli tam orta məktəbin
Hərbi rəhbəri Mahir Qocayev