44 günlük müharibə nəticəsində torpaqlarımızın işğaldan azad olunması, tarixi torpaqlarımıza böyük qayıdışın başlanması, ərazilərimizdə yüksək səviyyədə əsaslı quruculuq işlərinin aparılması xalqımızda sevinc, fərəh hissləri oyadır. Bu müddət ərzində bir çox əlamətdar hadisələr baş vermişdir. Bu hadisələrdən biri də İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının Şuşada keçirilməsidir.
Son 3 ildə Azərbaycan tarixinin şanlı səhifələrinə ən mühüm sətirlər yazılır. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın ilk daxil olduğu qurumlardan biri İqtisadi Əməkdaşlıq Təşkilatıdır. Hökumətlərarası təşkilat kimi 1985-ci Türkiyə, İran və Pakistan arasında iqtisadi,texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılan İƏT 1964-1979-cu illərdə fəaliyyət göstərmiş Regional Əməkdaşlıq və İnkişaf Təşkilatının davamçısıdır.
Azərbaycan əməkdaşlığa açıq dövlətdir. Təsadüfi deyildir ki, iclasda Türkiyənin, Tacikistanın xarici işlər naziri, İranın xarici işlər nazirinin müavini, Şimali Kipr Türk Respublikasının xarici işlər naziri iştirak etmişlər.
Azərbaycan Prezidenti İlham Əliyevin toplantı iştirakçılarına müraciətində deyilir ki, Azərbaycan təşkilata üzv olan dövlətlərlə münasibətlərinə xüsusi əhəmiyyət verir. Prezident Orta dəhliz barədə danışarkən bildirmişdir ki, Azərbaycan Şərq-Qərb marşrutu üzrə yükdaşımalara təlabatın artdığını nəzərə alaraq Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona çatdığını hədəfləyir.
Prezident İlham Əliyev Azərbaycan ərazilərinin bərpasına da toxunmuşdur. O bildirmişdir ki, növbəti 3 ildə 100 minə qədər köçkünün doğma yurd-yuvalarına dönməsi planlaşdırılır. Bütün bunlara əsasən belə bir nəticəyə gəlmək olar ki, gün-gündən çiçəklənən, inkişaf edən doğma Azərbaycanımız Prezident İlham Əliyevin güclü idarəetmə qabiliyyəti, siyasəti ilə daha da güclənəcək, beynəlxalq arenada hər zaman öndəliyini qoruyub saxlayacaqdır.
Maştağa qəsəbəsi, 209 nömrəli tam orta məktəbin
azərbaycan dili və ədəbiyyat müəllimi Nübar Rüstəmova