Müstəqilliyin bərpasından sonra Azərbaycan Respublikasi beynəlxalq aləmə inteqrasiya edrərək siyasi proseslərə əsaslı təsir imkanları olan aparıcı təşkilatlarla əməkdaşlığa mühüm önəm vermişdir.
Ölkə qarşısında duran bütün vəzifələr uğurla icra edilmişdir.
Prezident İlham Əliyevin mətin iradəsi sayəsində ölkənin dinamik inkişafı təmin edilmiş, beynəlxalq mövqelərimiz daha da möhkəmlənmişdir.Bu gün Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır və təsir imkanlarımız genişlənir.
Azərbaycanın müstəqil xarici siyasəti milli maraqlara, ədalətə əsaslanır və bizə çoxlu tərəfdaşlar qazandırmışdır. 2011-ci ildə Azərbaycan 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri daimi üzvlüyünə seçilməsi buna bariz nümunədir. Təhlükəsizlik Şurasına üzvlük müddətində Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə, ədalətin təmin edilməsinə mühüm töhvələr vermiş və beynəlxalq siyasi proseslərin fəal iştirakçısına çevrilmişdir.
Qoşulmama Hərəkatının 2016- cı ildə keçirilən XVII Zirvə Görüşündə növbəti sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022- ci illər üzrə təşkilata sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul olunmuşdur.Bu ölkəmizə göstərilən hörmətin, inamın və etimadın təzahürüdür.
Azərbaycan uzun illər ərzində apardığı enerji siyasəti nəticəsində öz enerji təhlükəsizliyini tam təmin etmişdir.Bu siyasətin nəticəsi olaraq Bakı- Tbilisi- Ceyhan, Bakı-Tbilisi-Qars,Bakı-Tbilisi-Ərzurum layihələri uğurla icra olunur. Təşəbbüskarı olduğu TANAP və TAP layihələri artıq reallaşıb və Azərbaycan qazı birbaşa Avropaya nəql olunur.Bu layihə hələ uzun illər sonra da Azərbaycanın milli, iqtisadi və siyasi maraqlarını təmin edəcək. Azərbaycan beynəlxalq əməkdaşlıq məsələlərində olduğu kimi bu layihədə də liderlik mövqeyini ortaya qoyaraq bu missiyanı şərəflə yerinə yetirir.
Azərbaycan qonşu ölkələrlə iqtisadi və siyasi maraqların harmoniyasının bənzərsiz modelini ortaya qoya bilmişdir.Qonşu dövlətlərlə prioritet ikitərəfli münasibətlərin üçtərəfli əməkdaşlığa uğurla keçməsini təmin etmişdir.Bununla da üçtərəfli Azərbaycan – Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə,Azərbaycan-Rusiya İran, Azərbaycan –Rusiya- Türkiyə əməkdaşlığı formalaşıb.
Prezident İlham Əliyevin qətiyyəti sayəsində müxtəlif beynəlxalq dairələrin Azərbaycanı ayrı-ayrı ölkələrə,xüsusilə də qonşu dövlətlərin əleyhinə avantüra və təxribatlara cəlb etmək kimi planları iflasa uğramışdır.
Bakıxanov qəsəbəsi, 271 nömrəli tam tarix müəllimi
Xatirə Əsədova