Artıq tarixə dönmüş sovetlər birliyindən ayrıldıqdan sonra Azərbaycan suveren dövlət kimi bir çox nüfuzlu regional və beynəlxalq təşkilatlarda təmsil olunmağa başladı.Ölkəmizin təmsil olunduğu təşkilatlar içərisində daha tez üzvlüyünü qəbul etdiyimiz qurumlardan biri də İqtisadi Əməkdaşlıq Təşkilatıdır.
Bir mötəbər subyekt kimi İƏT 1985-ci ildə İran,Pakistan və Türkiyə tərəfindən təşkilatlanmışdır.Təşkilatın əsas üstqurumu üzv olan ölkələrin xarici işlər nazirlərinin şurası kimi fəalyyət göstərir.Təşkilatın sənaye və kənd təsərrüfatı,elm,səhiyyə,narkotik qaçaqmalçılığı ilə mübarizə və sşsahələri əhatə edən 8 komitəsi var.
Azərbaycan Respublikası 1992-ci ildən İƏT-in üzvüdür.Əslində həmin ilin fevralında quruma üzv seçilən Azərbaycan nəhayət daha 6 ölkə ilə birgə rəsmən qeydə alınmışdır.Həmin gün-noyabrın 28-i,yəni üzvlərinin sayının 10-a çatdığı bu hadisə “İƏT” günü kimi də tarixə düşüb.
Bu gün Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvü kimi bu ittifaqa aid olan ölkələrlə münasibətlərə böyük önəm verir.Respublika rəhbərliyi bu xüsusda belə bir cəhəti gözə alır ki,İƏT bölgəmizin iqtisadi resursləarından daha səmərəli istifadə,eləcə də region ölkələri arasında iqtisadi-ticari əlaqələrin qurulması və tərəqqisində əlverişli potensiala malikdir.Azərbaycan bu təşkilat çərçivəsində qarşılıqlı əməkdaşlığın hətərəfli genişlənməsinə çalışır.
Bu günlərdə İƏT-in Nazirlər Şurasının 27-ci iclasının Qarabağın incisi hesab edilən Şuşada keçirilməsi bir tərəfdən son illər və hətta günlər qazandığımız qalibiyyətin təntənəsidir,digər tərəfdən bu nüfuzlu orqanın ölkəmizə bəslədiyi güvən məsələsidir.
Azərbaycan öz növbəsində hər zaman İƏT-in fəaliyyətinə böyük önəm vermişdir. Təşkilatın uğurlu fəaliyyəti, əlbəttə ki, bütün üzv ölkələrin marağındadır. Çünki üzv dövlətləri həm ortaq tarix, həm də iqtisadi və siyasi maraqlar birləşdirir. Dövlətimiz İƏT üzvü olaraq bir çox sahələrdə əməkdaşlığın inkişafı məqsədilə təklif və təşəbbüslərlə çıxış etmişdir. Ölkəmiz 2006 və 2012-ci illərdə İƏT Zirvə Toplantılarına ev sahibliyi etmiş, bu tədbirlərdə qəbul olunmuş sənədlərdə üzv ölkələr arasında bir sıra sosial-iqtisadi və siyasi əlaqələrin əsas prinsipləri, regional münasibətlərin prioritetləri, istiqamətləri öz əksini tapmışdır.
16 oktyabr 2012-ci ildə Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının 12-ci Zirvə görüşü keçirilib. Zirvə toplantısının yekununda Bakı bəyannaməsi qəbul edilib. İƏT-ə üzv dövlətlər 2020-ci ilə qədər mövcud olan Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinə konkret münasibət bildirmiş, beynəlxalq normalara qarşı çıxaraq Azərbaycanın ərazi bütövlüyünü pozan Ermənistana tənqidi yanaşmış və ölkəmizin maraqlarını haqlı olaraq müdafiə etmişlər. Doğma Qarabağda baş tutan 27-ci iclasdan şad xəbər almışıq. Şuşa 2026-cı il üçün İƏT-in turizm mərkəzi olaraq tanınmışdır. Bu hadisə Cənab prezident İlham Əliyevin iclas iştirakçıların ünvanladığı məktubda öz əksini tapmışdir:
Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvüdür və təşkilata üzv olan dövlətlərlə münasibətlərinə xüsusi əhəmiyyət verir. İƏT regionumuzun nəhəng iqtisadi potensialından daha səmərəli istifadə, region ölkələri arasında iqtisadiyyat və ticarət sahəsində əlaqələrin inkişaf etdirilməsi baxımından əlverişli imkanlara malikdir. Azərbaycan təşkilat çərçivəsində əməkdaşlığın bütün sahələrdə genişlənməsinin tərəfdarıdır. Bir neçə gün öncə Şuşa şəhərinin 2026-cı il üçün İƏT-in turizm paytaxtı elan edilməsinə görə təşəkkürümü bildirirəm.
Siz olduqca əlamətdar və tarixi dövrdə Azərbaycana gəlmisiniz. Xalqımız Azərbaycanın suverenliyini, konstitusiya quruluşunu bərpa etməsinin sevincini, qürurunu yaşayır. Otuz ildən sonra ərazilərimizdə mövcud olan “boz” zonanın aradan qaldırılması, separatizmə son qoyulması beynəlxalq hüququn və ədalətin təntənəsidir.
Zabrat qəsəbəsi, 192 saylı tam orta məktəbin
direktoru Təhmasib Məmiyev