Hər hansı bir ölkəni inkişaf etdirən amillər sırasında onun digər dövlətlərlə olan əməkdaşlığı da yer alır. Prezidentimiz cənab İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan bu sahədə yetəri qədər uğurlu imzalar atmışdır.
Azərbaycan inkişaf tərəfdarı bir dövlət olduğundan əməkdaşlıq etməyə də hər zaman açıqdır. Son illərə nəzər salsaq, ölkəmizin istər ev sahibliyi etdiyi, istərsə də iştirakı olduğu beynəlxalq tədbirlər nəticəsində nüfuzunun daha da yüksəldiyini görərik.
44 günlük müharibə dövründə əməkdaşlıq etdiyimiz ölkələr öz mövqeyini dəyişmədi. Bu isə onu göstərir ki, Azərbaycan tərəfdaş olduğu ölkələri doğru seçir.
Müstəqiliyini bərpa etdikdən sonra Azərbaycanın ilk daxil olduğu qurumlardan biri İqtisadi Əməkdaşlıq Təşkilatıdır. Azərbaycan hər zaman bu təşkilatın fəliyyətinə böyük önəm vermiş və təşkilat çərçivəsində əməkdaşlığın bütün sahələrdə genişlənməsinin tərəfdarı olmuşdur.
4-5 oktyabr 2023-cü il tarixində Ərdəbil şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin yüksək səviyyəli turizm ekspertlərinin 7-ci görüşü və turizm nazirlərinin 5-ci iclası keçirilib. İclasda səs vermə nəticəsində Şuşa şəhəri İqtisadi Əməkdaşlıq təşkilatının 2026-cı il üçün turizm paytaxtı seçilib.
10 oktyabr tarixində Prezident İlham Əliyev İƏT Nazirlər Şürasının iştirakçılarına ünvanlanmış məktubunda Şuşa şəhərinin turizm paytaxtı elan edilməsini dövlətimiz üçün əlamətdar hadisə olduğunu qeyd etmişdir. Bu vasitə ilə Şuşanı daha çox ölkə və daha çox insan tanımış olacaq. İndiyə qədər Şuşada olan xarici ölkə nümayəndələrinin iştirakı beynəlxalq səviyyədə əməkdaşlıq əlaqələrinə bir təkandır.
Əməkdaşlığı hər zaman öndə tutan Azərbaycan xarici siyasətində əlaqələrin mohkəmləndirilməsinə diqqət yetirir.
Azərbaycanda müxtəlif ölkələrin tikinti, sənaye, ticarət, nəqliyyat və s. ilə əlaqəli şirkətləri fəaliyyət göstərir. Beləliklə, əlaqələr şaxələnir - iqtisadi tərəfdaşlar müxtəlif platformalarda, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində ortaq mövqedən çıxış edir, bir-birini dəstəkləyir. Əməkdaşlıqlar öz növbəsində siyasi və iqtisadi inkişafı, xalqların rifahını və təhlükəsizliyi, ölkələrin yaxınlaşmanı stimullaşdırır.
Zabrat qəsəbəsi, 71 nömrəli tam orta məktəbin
müəllimi Xəyalə Mustafayeva