Azərbaycanın beynəlxalq aləmdə imici hər zaman müsbət olub. Respublikamız regional və beynəlxalq aləmdə həyata keçirilən, iştirakçısı olduğu bütün layihələrdə öz yerini və tərəfdaş ciddiyyətini uğurla qoruyub saxlayıb. Ölkəmizin iştirak etdiyi layihələrlə bağlı vaxtında verdiyi qərarlar, gördüyü tədbirlər, öhdəliklərinə məsuliyyətli yanaşması və qarşılıqlı mənafeləri qoruması onun imicini yüksəldib, etibarlı tərəfdaş olduğunu sübut edib. Ümumilikdə, Azərbaycan sosial-iqtisadi sahələrdə olduğu kimi, siyasi və hərbi-təhlükəsizlik sahələrində əməkdaşlıqda da özünü təsdiq edib, bütün öhdəliklərini qətiyyətlə yerinə yetirib, əməkdaşlıq etdiyi ölkələrin etibarını qazanıb, bərabərhüquqlu tərəfdaş kimi qəbul edilib.
Azərbaycan hər zaman müttəfiqləri ilə səmimi olub və etibarlı, ciddi və böyük uğurlara imza atmış tərəfdaş ölkədir. Sirr deyil ki, Azərbaycan xarici siyasət kursunda həmişə ardıcıl olub, istər iqtisadi, istərsə də siyasi məsələlərdə ardıcıl və birmənalı mövqe nümayiş etdirib. Ölkəmizin xarici siyasətində heç bir gizli məqam yoxdur. Çünki bu siyasət respublikamızın milli maraqlarına əsaslanır və yalnız əməkdaşlığın möhkəmlənməsi üçün nəzərdə tutulur. Azərbaycan hər zaman beynəlxalq təşkilatlarla əməkdaşlıqda da qarşılıqlı maraq və mənafelərin qorunması istiqamətində çıxış edir, beynəlxalq hüququn təməl prinsiplərinə hörmətlə yanaşır və həyata keçirir. Bütün çətinliklərə baxmayaraq, Azərbaycan beynəlxalq aləmdə zəhmətlə formalaşan imicini qoruyub saxlaya bilir.
Azərbaycan enerji, nəqliyyat sahəsində yeni zirvələr fəth etməklə dünya, Avropa və qonşu ölkələr üçün qaz təchiz edən etibarlı ölkəyə çevrilib. Həmçinin, bu gün Azərbaycan nəinki özünü elektrik enerjisi ilə təmin edir, hətta xaricə də böyük miqdarda ixrac edir və böyük vəsait qazanır. Eyni zamanda, nəqliyyat dəhlizlərinin yeni imkanları formalaşır ki, Xəzər dənizi, Qara dəniz regionunda yeni nəqliyyat-logistika əməkdaşlığı yaranır. Bu da əlbəttə ki, çox perspektivli əməkdaşlıq formatının əmələ gəlməsinə gətirib çıxaracaq.
Orucov Vidadi, Bakı Dövlət Sosial-İqtisad Universitetinin direktoru