M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov - Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir.
Belə ki, 2020-ci il sentyabrın 27-də başlanan müharibə Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə başa çatdı. Cəmi 44 gün davam edən müharibə 30 illik işğala son qoydu, ərazi bütövlüyümüz bərpa edildi. Son 300 ildə ilk dəfə idi ki, Azərbaycanın işğal altında qalan əraziləri Ali Baş Komandanımız, Prezident İlham Əliyevin “Dəmir yumruq” siyasəti ilə güclü Ordumuzun igid əsgər və zabitlərimizin qəhrəmanlığı ilə geri qaytarıldı. Bu qələbə ilə Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın yeni tarixinə qızıl hərflərlə yazılacaq sətirlərin müəllifi oldu və öz adını da tarixə əbədi yazdı.
Ümummilli liderimiz Heydər Əliyev 1991-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin birinci sessiyasında torpaq məsələsinin xalqımızın tarixində əsas amal olduğunu göstərərək deyirdi: “Əsrlərboyu Vətən, torpaq anlayışı xalqımızın ləyaqətini, mənliyini, şərəfini əks etdirmişdir. Xalq öz torpağının müqəddəsliyini qorumaq üçün onun uğrunda ölüm-dirim mübarizəsi aparmışdır, ulu babalarımız Vətən torpağının hər bir qarışını namus simvolu kimi qorumuş, onun yolunda canlarını, övladlarını qurban verməkdən çəkinməmişdir”.
Bu gün fəxr edirik ki, ümummilli liderimiz, müasir Azərbaycanın memarı Heydər Əliyevin misilsiz, alternativi olmayan siyasətini və ideyalarını Prezident İlham Əliyev hazırda çox böyük uğurla davam etdirir.
Tarixini bu möhtəşəm Qələbə ilə şərəfləndirən Azərbaycan xalqı bütün dünyaya öz gücünü, haqqı uğrunda mübarizə aparmaq əzmini nümayiş etdirdi. Bu zəfərlə biz Ermənistanın 30 illik işğalına son qoyduq, məğlubiyyət damğasını üzərimizdən götürdük. Torpaqlarımızı azad etməklə həm də özümüzü bütün dünyaya yenidən tanındıq, özü də bu dəfə qalib dövlət, qalib xalq kimi.
Bu qələbənin altındakı imzanın müəllifi isə Azərbaycan Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı ilə Azərbaycan Ordusudur. Prezident İlham Əliyevin ötən 20 ildə həyata keçirdiyi inkişaf strategiyasının ən böyük uğurlarından biri ordumuzun döyüş qabiliyyətinin artırılmasıdır. Ermənistanla aparılan 28 illik danışıqlar prosesi ilə paralel olaraq Azərbaycanda ordu quruculuğu intensiv şəkildə həyata keçirildi. Döyüş qabiliyyətinin yüksəldilməsi üçün yalnız kəmiyyət deyil, keyfiyyət dəyişikliklərinə üstünlük verildi. Uzun illərdir ki, Azərbaycan dünyada müasir döyüş imkanlarına malik ölkə kimi tanınır. İndiyə kimi keçirilmiş paradlarda, 2016-cı ilin Aprel döyüşlərində hər birimiz ordumuzun döyüş gücünü görüb fərəhlənmişdik.
44 günlük Vətən müharibəsi də ilk gündən müasir döyüş imkanlarından istifadə edən Azərbaycan Ordusunun müzəffər yürüşü ilə yadda qaldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hakimiyyətə gələrkən xalq qarşısında söz verdiyi kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli istiqamətində Ümummilli Lider Heydər Əliyevin başladığı siyasi kursu yüksək peşəkarlıq və uğurla davam etdirdi. 2020-ci il 27 sentyabrda başlayan və 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Ordumuzun şücaəti və xalqımızın birliyi sayəsində qazanılmış Zəfərlə müstəqil Azərbaycan dövləti özünün itirilmiş qədim torpaqlarını işğalçılardan təmizləmiş, ərazi bütövlüyünü təmin etmiş, qəhrəman Ordumuz hərbi bacarıqlarını və imkanlarını dünyaya göstərdi, ölkədə möhtəşəm milli birliyə nail olundu və Azərbaycan BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı qətnamələrinin icrasını təkbaşına təmin etdi. Sonda hədəfinə çatan ölkə başçısı Ata vəsiyyətini həyata keçirdi, işğal olunmuş Azərbaycan torpaqlarını azad etdi. Bu qələbə ilə Azərbaycan bütün dünyada erməni yalanlarını darmadağın etdi. Ermənistanın kapitulyasiyası isə "məzlum erməni xalqı” obrazına vurulan ən böyük zərbə oldu. Kapitulyasiyanı həmişə məğlub olan işğalçılar elan edirlər. Bu baxımdan dünya gördü ki, faşist Almaniyası ilə indiki Ermənistanın heç bir fərqi yoxdur.
Bu zəfərlə Prezidenti İlham Əliyev bütün dünyaya sübut etdi ki, Azərbaycanın müharibədə uduzması mümkün deyil. Beləliklə, artıq Cənubi Qafqazda yeni siyasi reallıq yaranıb. Bu reallığa imza atan lider isə Azərbaycanı qalib edən Prezident İlham Əliyevdir. Yeni dövrün aparıcı qüvvəsi isə regionda söz sahibi kimi statusunu və mövqelərini qat-qat gücləndirən Azərbaycandır. “Dəmir yumruq” Azərbaycan xalqının və xalq-ordu birliyin rəmzidir. Qələbəmiz bir daha Azərbaycanın “Dəmir yumruğ”unun qarşısında heç bir gücün, silahın, sursatın dayana bilməyəcəyini göstərdi. Prezident İlham Əliyevin dediyi kimi: “Bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu “Dəmir yumruq” düşmənin belini qırdı, düşmənin başını əzdi və bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın Müzəffər Ordusu öz tarixi missiyasını şərəflə yerinə yetirdi”.
Bir sözlə, bir ideya, bir amal ətrafında “Dəmir yumruq” kimi birləşən xalqımız, həmrəy olan bütün azərbaycanlılar müqəddəs vəzifənin öhdəsindən 44 günlük Vətən müharibəsində uğurla gəldi. Haqq-ədalət zəfər çaldı və torpaqlarımız qəhrəman övladlarımızın qanı, canı bahasına işğaldan azad edilərək əsl sahibinə - Azərbaycan xalqına qaytarıldı. “Qarabağ Azərbaycandır!” şüarı, torpaqlarımızın azad edilməsi arzusu reallaşdı, çin oldu. Bu arzunun reallaşması, münaqişənin aradan qaldırılması, eyni zamanda, regionda insanların təhlükəsiz, sülh şəraitində, əmin-amanlıqla, rahat, firavan yaşamasını, dövlətlərin iqtisadi inkişafını təmin etməyə xidmət edəcək bir çox yeni reallıqlar yaratdı.
Ən əsası isə, 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatın müddəalarına əsasən, 2020-ci il noyabrın 20-dək Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonu Ermənistan silahlı birləşmələri tərəfindən döyüşsüz boşaldılaraq Azərbaycan Silahlı Qüvvələrinə təhvil verildi. 44 günlük Vətən müharibəsində şanlı Zəfərimizdən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyev, eyni zamanda, üç rayonumuzun düşməndən döyüşsüz azad edilməsinə nail olmaqla minlərlə insanın həyatını xilas edən, ölkəsinin vətəndaşlarının həyatının dəyərini hər şeydən uca tutan humanist Xilaskar Sərkərdə kimi də adını tarixə qızıl hərflərlə yazdı və bir sərkərdə olaraq son 200 ilin ən möhtəşəm, ən parlaq Qələbəsinə, şanlı Zəfərə imza atdı. Bu da Azərbaycan xalqının həyatında ən qürurverici və əbədiyyən unudulmayacaq tarixi hadisədir.