Naxçıvan görüşünün geosiyasi və geoiqtisadi əhəmiyyətini də unutmamalıyıq

Naxçıvan görüşünün geosiyasi və geoiqtisadi əhəmiyyətini də unutmamalıyıq
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, son illər ərzində İlham Əliyev tərəfindən yüksək səviyyəyə qaldırılan Azərbaycan-Türkiyə əlaqələri son vaxtlar dünya ictimaiyyətinin diqqət mərkəzindədir. 2023-cü il sentyabrın 25 -də Naxçıvanda baş tutan Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasındakı növbəti görüş, danışılan məsələlər, verilən mesajlar dünya gündəmində xüsusi yer tutur.
Müasir dünya siyasətində strateji müttəfiqlik münasibətlərinə malik dövlətlərdən ABŞ və Böyük Britaniya, Rusiya və Belarus, Yaponiya və Cənubi Koreyanı misal göstərə bilərik. Bununla belə, hətta bu dövlətlər arasında zaman-zaman müəyyən narazılıqlar, enişli-yoxuşlu münasibətlər dinamikasının şahidi olmuşuq. Bu baxımdan hazırkı dövrdə Azərbaycan–Türkiyə əlaqələri həqiqətən də dünyada bənzəri olmayan müstəsna səviyyədədir. Bu reallığı Naxçıvan şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə tarixi görüşdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da səsləndirdi. Naxçıvanda baş tutan bu görüş Azərbaycan-Türkiyə qardaşlığı salnaməsinə qızıl hərflərlə həkk olundu. Bu salnamənin ilk səhifələri keçmiş dövrlərə gedib çıxsa da, ən oxunmalı və rəngarəng hissələri məhz hazırkı fəsillərdir. Çünki məhz bu fəsillər Türkiyə ilə Azərbaycan arasında ticari-iqtisadi, enerji sahələrində sürətlə artan əməkdaşlığı, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi layihələri, İkinci Qarabağ müharibəsi dövründə və Qarabağ Zəfərindən sonra Türkiyənin Azərbaycana siyasi-mənəvi dəstəyini, müttəfiqlik haqqında Şuşa Bəyannaməsini, nəhayət 2023-cü il sentyabrın 25-də baş tutan Naxçıvan görüşünü əks etdirir.
Naxçıvan görüşü növbəti dəfə bütün dünyaya, o cümlədən Cənubi Qafqazda "kirli" oyunlar sərgiləmək istəyən qüvvələrə Türkiyə-Azərbaycan qardaşlığının sarsılmazlığı və bu qardaşlığın bütün məkrli neokolonial, imperialist planlara qarşı bir sədd olacağını nümayiş etdirdi. Naxçıvan görüşünün geosiyasi və geoiqtisadi əhəmiyyətini də unutmamalıyıq. Xatırladaq ki, təxminən 100 il öncə Türkiyənin ozamankı rəhbəri Mustafa Kamal Atatürk Naxçıvan haqqında “Türk dünyasının qapısı” ifadəsini işlədib. Daha sonra 1921-ci ildə imzalanan Moskva və Qars razılaşmalarında məhz Türkiyənin səyləri ilə Naxçıvana Azərbaycan SSR-in daxilində muxtar vilayət statusu verilmiş və beləcə sovet rəhbərliyinin Naxçıvanla bağlı məkrli niyyətləri puça çıxmışdı. Həqiqətən də Naxçıvan bir qapıdırsa, Zəngəzur o qapının dəhlizidir və 1920-ci ildə Qərbi Zəngəzurun Ermənistana verilməsi ilə bu dəhliz öz funksiyasını itirmiş oldu". Görüşdə İlham Əliyev demişdir: “Beş gün bundan əvvəl Azərbaycan öz suverenliyini tam təmin etmişdir. Əgər üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində biz işğala son qoymuşduqsa, bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoymaqla ərazi bütövlüyümüzü tam bərpa etmişdiksə, beş gün əvvəl biz suverenliyimizi tam təmin etdik, bərpa etdik. 24 saat ərzində, ondan da az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış Ermənistan ordusu təslim oldu, bizim şərtlərimizi qəbul etdi və beləliklə, Azərbaycan öz dövlət suverenliyini tam təmin etmişdir. Beş gün keçməsinə baxmayaraq, artıq Azərbaycandan onun Qarabağ bölgəsinə, orada yaşayan erməni əhalisinə humanitar yardımlar göndərilməsinə başlanmışdır. Yanacaq - neft, dizel, benzin, ərzaq məhsulları, dərman preparatları və digər humanitar yardım edilir və bu, bir daha onu göstərir ki, Qarabağ bölgəsində yaşayan insanlar milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycan vətəndaşlarıdır, onların təhlükəsizliyi, hüquqları Azərbaycan dövləti tərəfindən təmin ediləcəkdir.”
Liderlər iki ölkə arasındakı əlaqələri, eləcə də regional və beynəlxalq məsələləri, qarşıdakı növbəti prosesləri müzakirə edəcəklər. Azərbaycanın keçirdiyi antiterror əməliyyatı, erməni silahlı birləşmələrinin silahları təhvil verməsi prosesi barədə də fikir mübadiləsi aparmışlar. Müzakirə predmeti olacaq əsas məsələlərdən biri də Azərbaycanı Naxçıvanla bağlayan Zəngəzur dəhlizinin açıqlaması istiqamətində görüləcək işlərdir. Bu görüş Azərbaycanla yanaşı Türkiyə Respublikasında, digər tükdilli ölkələdə çox diqqətlə izlənmiş və müsbət qarşılanmışdır.
Azərbaycan respublikasının vətəndaşları Prezident İlham Əliyevin xarici siyasətdə növbəti parlaq uğura sevinir və onu birmənalı şəkildə dəstəkləyir.


Zabrat qəsəbəsi, 75 saylı məktəbin
tarix müəllimi Asif Hüseynov

Oxşar xəbərlər