Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Azərbaycanın mədəniyyət beşiyi sayılan Şuşa şəhərində 15 iyun 2021-ci ildə Şuşa Bəyannaməsi imzalandı. Iki qardaş ölkə arasında imzalanan bu bəyannamə tarixi əhəmiyyətə malik olan müttəfiqlik münasibətlərini bir daha rəsmiləşdirdi. Bu tarixi sənəd siyasi və iqtisadi məsələlər, ticarət münasibətləri, mədəniyyət, təhsil, idman, enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizi, müdafiə sənayesi sahəsində əməkdaşlıq, qarşılıqlı hərbi yardım, Zəngəzur dəhlizi kimi mühüm məsələləri özündə əks etdirir. İki dost və qardaş ölkə arasında strateji əməkdaşlığı dərinləşdirən bu tarixi hadisə, eyni zamanda regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunmasına, xüsusilə də Azərbaycanın sərhədlərinin toxunulmazlığına yeni imkanlar yaradacaq. Bir sözlə, Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin möhürü, zirvəsi oldu desək yanılmarıq. Şuşa Bəyannaməsi türk dünyasının birləşməsinə, Azərbaycan-Türkiyə İttifaqının formalaşmasına gətirib çıxaracaq bir sənəddir. Ümumilikdə götürdükdə isə Şuşa Bəyannaməsi 100 il bundan əvvəl imzalanan Qars müqaviləsindən sonra Azərbaycanın təhlükəsizliyi üçün Türkiyənin önəmini bir daha təsdiqləmiş oldu. Əbəs yerə deyil ki, bu bəyannamə Qars müqaviləsinin davamı kimi qiymətləndirilir. Ümumiyyətlə, əgər Qars müqaviləsi təkcə Naxçıvan Muxtar Respublikasının qarantı idisə, Şuşa Bəyannaməsi birbaşa olaraq Azərbaycanın bütövlükdə təhlükəsizliyini təmin edən bir sənəddir. Bu müqavilənin ən əhəmiyyətli hissəsi də məhz bundan ibarətdir. Belə ki, hərbi müttəfiqliyə görə, əgər Türkiyə və Azərbaycan dövlətinin ərazi bütövlüyünə hər hansısa bir dövlət müdaxilə edərsə, o zaman bu iki dövlət bir-birinə kömək edəcək. Əlbəttə, bu hadisəni yenilik kimi də dəyərləndirmək olar. Artıq nə Ermənistan, nə də onun havadarları ölkəmizə qarşı ərazi iddiaları ilə çıxış edə, pərdəarxası təzyiqlər göstərə bilməz.
Azərbaycanın itirilmiş əraziləri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun sayəsində "dəmir yumruq" hesabına işğalçılardan azad olundu. Bununla da ərazi bütövlüyümüz bərpa edildi. İndi isə gündəmin əsas məsələsi olan Zəngəzur dəhlizinin açılması istiqamətində işlər aparılır. Naxçıvanla Azərbaycanı birləşdirəcək dəhlizin açılması regionda iqtisadi inkişafı artıracaq, davamlı sülhü özündə ehtiva edəcək. Bu həm üçtərəfli bəyanatda, həm də Şuşa Bəyannaməsində özünü əks etdirən bir məsələdir.
Müttəfiqlik haqqında Bəyannamənin Şuşada imzalanması mühüm tarixi hadisə kimi yaddaşlara həkk olundu. Bu müqavilənin iyunun 15-ə təsadüf etməsi özlüyündə bir simvolik məna daşıyır. Belə ki, bu tarixin seçilməsi ilk növbədə ondan ibarət idi ki, məhz bu tarixdə ümummilli lider Heydər Əliyev Azərbaycanı dövlət olaraq dağılmaqdan xilas etmiş, müstəqilliyimizin qorunub saxlanmasında və möhkəmlənməsində müstəsna rol oynamışdır. Bir sözlə, 15 iyun Azərbaycan xalqı üçün adi bayramlardan biri deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik əsl qurtuluş günü idi. Artıq Azərbaycan xalqı bundan sonra 15 iyun tarixini ikiqat bayram kimi qeyd edəcək. Müqavilənin Şuşa şəhərində imzalanmasının məntiqli izahı da var. Bu, Şuşanın qədim Azərbaycan torpağı olmasını və bunun heç bir halda dəyişilməyəcəyinin sübutu idi.
Sabunçu rayonu, 107 saylı tam orta məktəbin
psixoloqu Gülarə İsmayılova