Azərbaycan–Türkiyə əlaqələri ulu öndər Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət” tezisinə əsaslanır. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya son səfəri çərçivəsində səsləndirilən fikirlər və imzalanan çox sayda sənədlər bir daha dünyaya nümayiş etdirdi ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır və böyük geosiyasi və geoiqtisadi potensiala malik bu iki ölkənin strateji əməkdaşlığı regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə, habelə bölgədə iqtisadi inkişafın daha da gücləndirilməsinə yönəlmişdir.
Yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan–Türkiyə münasibətləri daim güclənir. Eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması Azərbaycan və Türkiyə xalqları arasında əlaqələrin daim inkişaf etməsinə şərait yaradır. Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” olaraq xarakterizə etdiyi Azərbaycan–Türkiyə dövlətləri arasındakı münasibətlər hər iki ölkə rəhbərliyinin həyata keçirdiyi siyasət nəticəsində dayanmadan inkişaf edir, iki xalq arasında əlaqələrin səviyyəsini keyfiyyətcə yeni mərhələyə keçirir. Bu gün Azərbaycan və Türkiyəni bir-birinə bağlayan strateji layihələr fəaliyyət göstərir.1999-cu il noyabrın 18də Bakı-Tbilisi-Ceyhan neft,2001-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun reallığa çevrilməsi hazırda bu iki qardaş xalq arasındakı əlaqələrin möhkəmliyini daha da artırmaqdadır.
Ən əsası, Azərbaycan-Türkiyə əlaqələri bütün türk dünyası üçün də mühüm rol oynayır və türkdilli dövlətlər arasında münasibətlərin inkişafına da güclü təsir göstərir. Hazırda siyasi müstəvidə ölkələrimiz arasında yüksək səviyyədə münasibətlər formalaşır, iqtisadi sahədə əlaqələrin daha da gücləndirilməsinə dair mühüm addımlar atılır. Azərbaycan və Türkiyənin mövcud potensialı iqtisadi sahədə əlaqələrin, xüsusən də qarşılıqlı ticarət dövriyyəsinin həcminin xeyli dərəcədə artırılmasına imkan verir. Xüsusilə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri çərçivəsində ölkələrimiz arasında yeni sazişlərin imzalanması siyasi-iqtisadi, habelə hərbi əlaqələrin daha da güclənməsinə xidmət edəcəyi proqnozlaşdırılır. Qeyd etmək yerinə düşər ki, Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının səkkizinci iclasının yekununda Bakıda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə 14 əməkdaşlıq sənədi imzalandı. Prezident İlham Əliyev əməkdaşlığın müxtəlif istiqamətləri haqqında danışarkən, hərbi sənaye kompleksləri arasında əlaqələrə xüsusi önəm verdiklərini vurğuladı və Türkiyədən yeni hərbi texnika alınacağını bildirdi: “Bu il isə hərbi təlimlərin sayı daha da çox olacaq. Azərbaycan Türkiyədən müasir silahların alınmasını davam etdirəcək və bu gün biz birgə istehsalın təşkili haqqında da danışmışıq”. Mütəxəssislərin fikrincə, hərbi sahəyə dair imzalanmış saziş iki ölkə arasında hərbi əməkdaşlığı keyfiyyətcə yeni mərhələyə çıxaracaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da ölkəsinin Azərbaycanla hərbi əməkdaşlığın daha da gücləndirilməsinə tərəfdar olduğunu acıqladı: “Ordularımızın güclü olması önəmlidir. Bu baxımdan, müdafiə sənayelərimizin gücləndirilməsi vacibdir”. Ümumiyyətlə, Cənubi Qafqaz və Qara dəniz kimi strateji əhəmiyyətli regionlarının geoiqtisadi mənzərəsini dəyişməyə qadir olan Azərbaycan və Türkiyə beynəlxalq enerji təhlükəsizliyinin təmin olunmasında aparıcı aktorlardır. Uzun illərdir bu iki qardaş ölkə Qərbin enerji təhlükəsizliyinin güclənməsinə dəstək verir. Siyasi, iqtisadi, enerji, nəqliyyat – bütün sahələrdə çox böyük nailiyyətlər əldə edən Azərbaycan və Türkiyə hazırda tərəfdaşları ilə TANAP layihəsini uğurla reallaşdırır. TANAP-ın icrasının müstəqilliyimizin daha bir mühüm hadisəsi kimi tarixə düşdüyünü vurğulayan siyasi şərhçilər əlavə edirlər ki, Azərbaycanın və Türkiyənin möhkəm işbirliyi, qardaşlığa və dostluğa söykənən fəaliyyətləri bu strateji layihənin uğurla reallaşmasında əhəmiyyətli rol oynadı. Bu gün sirr deyil ki, Xəzərin enerji resurslarının dünya bazarlarına nəql olunması sahəsində Azərbaycan ilə Türkiyə arasında davamlı əməkdaşlığın genişləndirilməsi hər iki dövlətin regionda siyasi-iqtisadi və strateji maraqlarının təmin edilməsini şərtləndirir. Azərbaycanın neft strategiyasının həyata keçirilməsi Qafqaz regionunda
sabitliyin möhkəmləndirilməsi və qonşu dövlətlərlə, xüsusilə Türkiyə ilə strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsinə müsbət təsir göstərir. Fevralın 25-də imzalanan daha bir mühüm sənəd nəqliyyat sahəsinə aid oldu. Belə ki, iki qardaş ölkə daha bir dəmir yolu vasitəsilə birləşməyi düşünür. Söhbət Qars–Naxçıvan dəmir yolunun tikintisinə dair Anlaşma Memorandumundan gedir. Prezident İlham Əliyev sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatında nəqliyyat sahəsində böyük nailiyyətlərimizin olduğunu vurğuladı və Qars–Naxçıvan dəmir yolunun tikintisinə dair Anlaşma Memorandumunun imzalanmasının xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırdı: “Bu, xüsusi əhəmiyyət daşıyan məsələdir. Çünki Ermənistanın işğalçı siyasətinə görə, Naxçıvan uzun illərdir, demək olar ki, blokada, yəni mühasirə şəraitində yaşayır. Naxçıvanda istehsal olunan məhsulların xarici bazarlara çıxarılması böyük problemdir”. Dövlət başçımız əlavə etdi ki, Qars–İğdır–Naxçıvan dəmir yolunun tikintisi bu problemi aradan qaldıracaq və beləliklə, Azərbaycanla Türkiyə arasında yeganə quru sərhədi olan Naxçıvan Muxtar Respublikasının inkişafı və əhalinin rifahı daha da yaxşılaşacaqdır. Prezident İlham Əliyev əmin olduğunu açıqladı ki, gələcəkdə Naxçıvandan Türkiyəyə ixrac əməliyyatlarının sayı artacaqdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da mətbuata bəyanatında Naxçıvanı Qarsa birləşdirəcək dəmir yolunun əhəmiyyətini xüsusi vurğuladı. Bununla yanaşı, cənab Ərdoğan Naxçıvanın inkişafı baxımından çox önəmli qaz kəmərinin tikiləcəyini də bildirdi. Türkiyə lideri Bakıda dünya birliyinə güclü mesajlar da göndərdi. Belə ki, cənab Ərdoğan azərbaycanlı həmkarının “Dağlıq Qarabağ Azərbaycandır və nida”, deyərək fikrini açıq şəkildə ifadə etdiyini bildirdi və Türkiyə olaraq bu ifadənin altına imza qoyaraq bir daha təkrarladı. Dağlıq Qarabağ probleminin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll edilməsinin ən böyük arzuları olduğunu vurğulayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir daha bəyan etdi ki, Azərbaycana bu haqlı mübarizəsində verdikləri dəstəyi bundan sonra da davam etdirəcəklər. Cənab Ərdoğan çıxışında Minsk qrupunun bu məsələdə səmimi davranmadığını da açıq şəkildə ifadə etdi. Prezident İlham Əliyev Türkiyənin dünya miqyasında Azərbaycana ən böyük dəstək verən ölkə olduğunu bildirərək, buna görə bir daha təşəkkürünü bildirirdi, bütün məsələlərdə, beynəlxalq arenalarda Azərbaycanın daim Türkiyənin haqq işini dəstəklədiyini vurğuladı. Dövlət başçısı çıxışında Türkiyənin iştirakı olmadan bölgədə və dünyada heç bir məsələnin öz həllini tapa bilmədiyini önə çəkərək, yaxın tarixin də bunu göstərdiyini dedi: “Biz buna çox sevinirik, çünki Türkiyənin gücü bizim gücümüzü artırır. Bizim gücümüzün birləşdirilməsi bizi daha da güclü edir”. Prezident İlham Əliyev, həmçinin əmin olduğunu bildirdi ki, Azərbaycan və Türkiyə bundan sonra da hər zaman bir-birinin yanında olacaq, bir-birinin uğurlarına sevinəcəklər.Türkiyə ilə Azərbaycan arasindakı dostluğun əməkdaşlığın ən yüksək səviyyəsi isə özünü 2-ci “VƏTƏN müharibəsində” göstərdi.Bu müharibə dövründə Türkiyə bütün gücü ilə dövlətimizin yanında oldu.köməyini əsirgəmədi. Bir sözlə, bütün dünyaya nümunə olan və daim güclənən Azərbaycan və Türkiyə münasibətləri dayanmadan inkişaf edir, əməkdaşlığın yüksək səviyyəsi hərtərəfli əlaqələrin gücündən və sarsılmazlığından xəbər verir. Bu baxımdan, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfəriləri çərçivəsində səsləndirilən bəyanatların və imzalanan sənədlərin iki ölkə arasında əlaqələrin daha da dərinləşməsinə şərait yaradacağı, həmçinin regional inkişafın, eləcə də təhlükəsizliyin təmin olunması baxımından əhəmiyyətli olacağına əminik.
Maştağa qəsəbəsi, 28 nömrəli tam orta məktəbin tarix müəllimi Atakişiyeva Zibeydə