Laçın rayonu işğaldan azad olunduqdan sonra orada geniş quruculuq işləri aparılır

Laçın rayonu işğaldan  azad olunduqdan sonra orada geniş quruculuq  işləri aparılır
Prezident İlham Əliyev avqustun 26-da Laçın rayonuna səfər edib. Prezident Laçın rayonu sakinləri ilə görüşüb.İlham Əliyev bildirib ki, Laçın rayonu dekabrın 1-də işğaldan azad olunub, ancaq Laçın şəhəri və iki kənd-Zabux və Sus kəndləri bizim nəzarətimizdə deyildi. Ona görə ki,keçmiş Laçın dəhlizi burdan keçirdi. Prezident İlham Əliyev qeyd edib ki,artıq may ayının 28-dən laçınlılar öz doğma yurd yuvalarına qayıdıblar. Artıq 1000 -ə yaxın Laçın sakini şəhərdə məskunlaşmış və ilin sonuna qədər 900 ailə üçün evlər hazır olacaq. Prezident Laçının işğalı dövrünə də toxunub. Bildirib ki, Laçının işğalı böyük faciə idi,həm Azərbaycan üçün ,həm də laçınlılar üçün. Çünki Laçın rayonu keçmiş Dağlıq Qarabağ Muxtar vilayəti arasında coğrafi əlaqə yaradılırdı və bu bizim sonrakı itkilərimizin başlanğıcını qoydu. Artıq bu gün biz həm Şuşada, həm Laçında toy-bayram edirik.Hər bir laçınlı,hər bir keçmiş məcburi köçkün bu gün qürur hissi ilə yaşayır. Prezident çıxışında bilddirib ki, Azərbaycan xalqı qurub yaradan xalqdır. Laçın şəhərini cəmi 8 ay ərzində qurub-yaratmaq xalqımızın həm istedadını,həm də iradəsini göstərir. Xalqımız bundan sonra sülh, əmin-amanlıq Şəraitində yaşayacaq,öz doğma torpaqlarında qurub yaradacaqlar. 2023-cü ilin 23 aprel tarixində Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd buraxılış məntəqəsi qoyulmuşdur. 23 aprel bizim ərazi bötövlüyümüzün tam bərpası deməkdir.
1930-cu il avqustun 8-də Laçın rayonu inzibati ərazi vahidi statusu alıb. Laçın rayonun mərkəzi Laçın şəhəridir. 1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsi Laçın adlandırılıb və şəhər statusu alıb. Laçın rayonu şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı,Şuşa Və Xocavənd rayonları ilə,qərbdən Ermənistanla həmsərhəddir. Rayonun 1 qəsəbə,1 şəhər və 123 kəndi var. Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunumuşdu. Bu işğal nəticəsində rayonun əhalisi etnik təmizlənməyə məruz qalmışdı. 300 nəfərdən çox hərbi və mülki sakini həlak olub və itkin düşüb. İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisə,5 musiqi məktəbi,1 internat məktəbi,1 orta texniki peşə məktəbi talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb.44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən 2020-ci ilin dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Nəzarətə götürüldü. Prezident İlham Əliyev 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdi. 26 avqust Laçın şəhəri günü kimi müəyyən olunub.Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8397 hərbi qulluqçusunu "Laçının azad olunmasına görə" medalı ilə təltif etmişdi. Laçın rayonu işğaldan azad olunduqdan sonra orada geniş quruculuq işləri aparılır. 2021-ci ilin fevralın 14-də Laçın rayonunda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. 2021-ci ildə təməli qoyulan Laçın Beynəlxalq Hava Limanın açılışı 2025-ci ilə planlaşdırılır. Bu hava limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının inkişafına da imkan yaradacaq. Hal-hazırda Laçın rayonunda geniş quruculuq işləri sürətlə və yüksək keyfiyyətlə davam edir.
Balaxanı qəsəbəsi, 69 nömrəli tam orta məktəbin
Taix müəllimi Rumiyyə Səfərova


Oxşar xəbərlər