Qarabağ Azərbaycanın qədim tarixi yaşayış məskənlərindən biridir. Qarabağın adı Azərbaycan dilindəki "qara"və" bağ"sözlərindən əmələ gəlmişdir. 18-ci yüzilliyin ortalarında Qarabağ xanlığı yaranmışdır. XIX yüzilliyin əvvəllərində Rusiya imperiyası Azərbaycan torpaqlarını işğal etdi. İşğaldan sonra Qaraba və digər Azərbaycan torpaqlarına xarici ölkələrdən erməni ailələri köçürüldülər. Azərbaycanın bir hissəsi o cümlədən İrəvan torpaqları ermənilərə verildi.
Lakin ermənilər bununla kifayətlənmədi. Davamlı olaraq Azərbaycanın qalan torpaqlarını işğal etməyə çalışdı. Nəhayət 1988-1994-cü illər ərzində xarici havadarları tərəfindən silahlandırılan ermənilər Azərbaycan ərazisini 20%-ni işğal etmişdir. Ermənilər tərəfindən işğal olunmuş ərazilərdə vandalizim aktları, təxribatlar törədilmiş, təmas xətti boyunca yaşayan dinc əhaliyə mütəmadi atəş açılmış, beynəlxalq hüquq normaları kobud şəkildə pozulmuşdur. İşğal dövründə Azərbaycan xalqının zəngin tarixini əks etdirən mədəniyyət abidələri məhv edilmişdir. Dinc əhali vəhşiliklə qətlə yetirilmişdir. Başlıbel,Ağdaban kəndlərində törədilmiş vəhşiliklər erməni faşizminin əsl simasını göstərir. Dinc azərbaycanlılara qarşı törədilən qətliamlar içərisində Xocalı qətliamı xüsusi qəddarlığı ilə seçilir. Azərbaycan əhalisinin ərazisinin 20%-nin 30 ilə yaxın müddət ərzində işğal altında qalması ilə barışa bilməzdik. Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə, işğal altında olan torpaqlarımızın danışıqlar yolu ilə çalışan Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Azərbaycan xalqının və dövlətinin heç vaxt işğal faktı ilə barışmayacağını, Ermənistanın bütün təxribatlarının qarşısını qətiətlə alacağını, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyini dəfələrlə bəyan etmişdir.
2020-ci il sentyabrın 27-də erməni silahlı qüvvələrinin atəşkəsi rejiminin kobud şəkildə pozulmasına cavab olaraq Azərbaycan Silahlı Qüvvələri erməni təxribatlarının qarşısını almaq üçün əks - həmlə əməliyyatəməliyyatlarına başlamış və respublika ərazisində hərbi vəziyyət elan olunmuşdur. 28 sentyabrda ölkədə qismən səfərbərlik elan edilmişdir. Azərbaycan Ordusunun sarsıdıcı zərbələri qarşısında duruş gətirə bilməyən işğalçı ölkənin ordusunun müdafiə səddi qısa zaman ərzində yarıldı.
Bəli bu yol çətin olsa da ədalət güclü idi. 1992-1993-cü illərdə analarının ağuşunda Qarabağdan didərgin düşən körpələr 2020-ci ildə tank belində işğalçıları Qarabağdan təmizlədilər. Bütün bunlar düşünülmüş siyasətin, uzaqgörənliyin məhsulu idi.
Bu, çoxdan gözlədiyimiz ilahi ədalətin bərpası idi.
Bu zəfəri, bu şərəfi bizə yaşadan Şəhidlərimizin ruhu qarşısında baş əyirik!
Bakıxanov qəsəbəsi, 107 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Vəfa Cəfərova