Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq.2-ci oyun günündə 4 matç keçiriləcək.
“Arsenal” Almaniyada “Bayer”in qonağı olacaq. “Sportinq” səfərdə “Bodo-Qlimt”lə oynayacaq. PSJ və “Çelsi” Fransada üz-üzə gələcəklər.
Madriddə isə “Real” “Mançester Siti” ilə qarşılaşacaq.
UEFA Çempionlar Liqası, 1/8 final mərhələsi, ilk oyunlar
11 mart
21:45. “Bayer” (Leverkuzen, Almaniya) – “Arsenal” (İngiltərə);
00:00. “Bodo-Qlimt”(Norveç) – “Sportinq” (Portuqaliya);
00:00. PSJ (Fransa) – “Çelsi” (İngiltərə);
00:00. “Real” (İspaniya) – “Mançester Siti” (İngiltərə).