Əlverişli iqtisadi-coğrafi mövqeyə malik olan Azərbaycan Respublikası həmişə qonşu dövlətlərin diqqət mərkəzində olmuş, onun zəngin təbii ehtiyatları qısqanclıqla qarışlanmış, bu səbəbdən də tarixən ölkəmiz hücumlara məruz qalmışdır. Qərb qonşumuz olan Ermənistanın Azərbaycan ərazilərinə qarşı işğalçı siyasət, təəssüf olsun ki, bu günə qədər gəlib çıxmışdır.
Ermənilər dəfələrlə Azərbaycan torpaqlarına təcavüz etmiş, soyqırımı aktları törətmişdirlər. Tarixi Azərbaycan torpaqlarını erməni torpağı kimi dünya ölkələrinə qələmə verməyə çalışmışdırlar.
XX əsrdə ermənilər azərbaycanlılara qarşı dəfələrlə etnik təmizləmə və soyqırımı etmişlər. Bütün dövrlərdə olduğu kimi, ermənilərin həyata keçirdiyi işğalçılıq siyasəti kütləvi qırğınlarla müşayiət olunmuşdur.
1992-ci il fevralın 26-da ermənilərin Xocalıda törətdikləri soyqırımı bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. Bütün dünyanın gözü qarşısında, yaxın tariximizdə baş verən bu dəhşətli soyqırımına, təəssüf ki, böyük dövlətlər laqeyd yanaşır, hətta ermənipərəst mövqedən çıxış edirlər. 1991–1994-cü illərdə Azərbaycan torpaqlarını, Dağlıq Qarabağ ərazisini işğal etmək məqsədilə ermənilər öz çirkin əməllərini həyata keçirmişlər. Bu münaqişə hələ 1988-ci ildən ermənilərin Azərbaycan torpaqlarına qarşı irəli sürdüyü ərazi iddialarının dəvamı olmuşdur.
Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəslə başa çatmışdır. Buna baxmayaraq, Ermənistan daima atəşkəsi pozmuş, dinc əhalini atəşə tutmaqdan çəkinməmişdir. Bütün bu müddət ərzində Azərbaycan öz haqq səsini dünyaya, aidiyyətli qurumlara çatdırmağa çalışsa da, bu məsələyə laqeyd münasibət görmüşdür. Nəhayət, 27 sentyabr 2020-ci il cəbhə boyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutan Ermənistan Silahlı Qüvvələri Azərbaycan xalqının səbrini daşdırdı. Onların döyüş cəhdlərinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatına başlaması barədə qərar verildi. Bu qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət, ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı elan olundu. 28 sentyabrda Azərbaycan Respublikasında qismən səfərbərlik elan edildi. Azərbaycan xalqının gənc nəsli tərəddüd etmədən Hərbi Komissarlıqlara axışdı. Bu, xalqın illərdir səbrsizliklə gözlədiyi, haqqlı olduğu, lakin haqq səsinin eşidilmədiyi, uzun müddətdir işğalda olub, talanmış torpaqlarının azadlığı üçün bir mübarizə idi. Bu, Vətən müharibəsi idi. 44 gün davam edən müharibə ərzində Azərbaycan xalqı 30 ilə yaxın işğal altında qalmış torpaqlarını geri qaytardı.
Prezident İlham Əliyevin uzaqgörən siyasəti, Azərbaycan xalqının əzmi, iradəsi, artıq regionda da bəlli olan iqtisadi gücü, müasir texnikalarla təhciz olunmuş nizamlı
ordusu, xalq-iqtidar birliyi ölkəmizin İkinci Qarabağ müharibəsində qələbəsini təmin edən əsas faktorlar oldu.
Bu müharibə müddətində ölkəmizin haqq mübarizəsini dəstəkləyən ölkələrlə yanaşı, buna etiraz edən, hətta Azərbaycana qarşı qərəzli fikirlərini gizlətməyən dövlətlər də oldu. Ölkə başçısı cənab İ.Əliyev xarici ölkələrin KİV nümayəndələrinə müsahibəsində bu məsələyə qarşı həssaslıq nümayiş etdirərək dəfələrlə qeyd etmişdir ki, Azərbaycan heç kimin sərhəddini pozmayıb, o öz torpaqlarında mübarizə aparır. Eyni zamanda, Ermənistan rəhbərliyinin sərsəm çıxışlarını ifşa edərək ona tarixi Azərbaycan torpaqları, həqiqətləri barədə sözün əsl mənasında dərs keçirdi.
Azərbaycan xalqının II Vətən müharibəsində zəfər çalması tarixi əhəmiyyət kəsb edir. Bu həmçinin Azərbaycana qarşı qərəzli mövqe tutan bəzi dünya dövlətlərinə Azərbaycanın hansı gücə sahib olmasını bir daha sübut etdi.
Maştağa qəsəbəsi, 293 saylı tam orta məktəbin
coğrafiya müəllimi Aidə Abbasova