DAŞKƏSƏNİNİN İCRA BAŞÇISI ƏHƏD ABIYEV SON GÜNLƏR GÜCLÜ DOLU, LEYSAN YAĞIŞLARI, SEL VƏ DAŞQINLARIN RAYONA VURDUĞU ZİYANLARIN ARADAN QALDIRIMASI İLƏ BAĞLI OPERATİV MÜŞAVİRƏ KEÇİRİB, TƏBİİ FƏLAKƏTİN ZİYAN VURDUĞU YERLƏRDƏ SAKİNLƏRLƏ GÖRÜŞÜB

DAŞKƏSƏNİNİN İCRA BAŞÇISI ƏHƏD ABIYEV SON GÜNLƏR GÜCLÜ DOLU, LEYSAN YAĞIŞLARI, SEL VƏ DAŞQINLARIN RAYONA VURDUĞU ZİYANLARIN ARADAN QALDIRIMASI İLƏ BAĞLI OPERATİV MÜŞAVİRƏ KEÇİRİB, TƏBİİ FƏLAKƏTİN ZİYAN VURDUĞU YERLƏRDƏ SAKİNLƏRLƏ GÖRÜŞÜB İyulun 1-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin sədrliyi ilə iyunun 29-u və 30-u tarixlərində Daşkəsən rayonu ərazisinə yağan intensiv dolu, leysan yağışları nəticəsində təbii fəlakətlərin vurduğu ziyanların aradan qaldırılması məqsədilə operativ müşavirə keçirilib. Müşavirədə rayonun mülki müdafiə üzrə xidmət rəisləri, aidiyyəti qurumların rəhbərləri iştirak ediblər.

İcra başçısı Əhəd Abıyev bildirib ki, son günlər Daşkəsən rayonunda baş vermiş güclü təbii fəlakət hadisələrindən dərhal sonra xüsusi qərərgah təşkil edilərək rayonun bütün yaşayış məntəqələri ilə mütəmadi əlaqə saxlanılmış, müvafiq köməkliklər göstərilmiş, mövcud vəziyyət öyrənilmişdir.

Belə ki, intensiv dolu və leysan yağışları nəticəsində Daşkəsən şəhərindən güclü sel keçmiş və sel suları şəhərin yollarını, əksər istinad divarlarını dağıtmış, elektrik və rabitə xətlərini qırmış, bir çox fərdi yaşayış evlərinin bünövrəsini uçurmuşdur. Daşkəsən şəhərində leysan yağışları və sel sularının təsirindən yaranmış torpaq sürüşməsi Daşkəsən şəhər sakini Zemfira Məmmədovaya məxsus fərdi yaşayış evini tamamilə qəzalı vəziyyətə salmışdır. Hazırda Zemfira Məmmədova və onun ailə üzvləri müvəqqəti olaraq zəruri avadanlıqlarla təchiz edilmiş 2 çadırda yerləşdirilmişlər. Yeni evin tikilməsinə ehtiyac var.

Güclü sel suları və ərazidəki çayların məcrasından çıxması rayonun Çovdar, Alaxançallı, Qaraqullar, Təzəkənd, Xoşbulaq, Əmirvar, Quşçu, Bayan, Dəstəfur, Gurbulaq, Tapan, Pirverdilər kəndlərində və Alunitdağ qəsəbəsində yollara, elektrik transformatorlarına, rabitə, qaz xətlərinə, fərdi yaşayış evlərinə, əkin sahələrinə, heyvandarlıq və arıçılıq təsərrüfatlara ciddi ziyan vurmuş, dağıntılar əmələ gətirmişdir. Dağlardan iri qaya parçaları və palçıq kütlələri avtomobil yollarına töküldüyündən əksər yollarda nəqliyyatın hərəkətində fasilələr yaranmışdır. Rayonun Qaraqullar kənd sakini 1967-ci il təvəllüdlü Qənbərova Afət Ərəstun qızı ildırım vurması səbəbindən yaralanmış və o, xəstəxanaya yerləşdirilmişdir. İyunun 29-da isə rayonun Təzəkənd kənd sakini 2000-ci il təvəllüdlü Orucov Elgün Məhərrəm oğlunu Əyriçay çayından keçən güclü sel aparmış və o vəfat etmişdir.

Müşavirədən sonra icra başçısı Əhəd Abıyev təbii fəlakətin ciddi ziyanlar vurduğu Əmirvar, Qabaqtəpə, Təzəkənd, Dəstəfur və Xoşbulaq kəndlərində, habelə yaylaqlarda olub, avtomobil gedə bilməyən yerlərə də atla gedib, zərərçəkmiş sakinlərlə, fermer və çobanlarla görüşüb, onların qayğıları ilə maraqlanıb, təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün ərazilərə cəlb olunmuş zəruri texnika və canlı qüvvənin fəaliyyətini izləyib.

İcra başçısı Əhəd Abıyev bildirib ki, təbii fəlakətin nəticələrinin aradan qaldırılması və təsirinin azaldılması sahəsində Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən rayonda həyata keçirilən qəti tədbirlər vəziyyəti qismən yaxşılaşdırıb, hazırda təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün yerli qurumlar güclərini səfərbər ediblər.

Elmar Əliyev – Vüqarlı

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

Oxşar xəbərlər