DAŞKƏSƏNDƏ TƏBİİ FƏLAKƏT: GÜCLÜ KÜLƏK, QASIRĞA VƏ ÇOVĞUN FƏSADLAR TÖRƏDİB

DAŞKƏSƏNDƏ TƏBİİ FƏLAKƏT: GÜCLÜ KÜLƏK, QASIRĞA VƏ ÇOVĞUN FƏSADLAR TÖRƏDİB Martın 4-ü gecə saatlarından Daşkəsən rayonu ərazisində başlayan güclü külək, qasırğa və çovğun ciddi fəsadlar törədib. Qarla müşayiət olunan güclü qasırğa nəticəsində Daşkəsən şəhərində, rayonun Quşçu, Bayan, Gurbulaq, Əmirvar, Qabaqtəpə kəndlərində yaşayış və inzibati binaların dam örtüklərinə ziyan dəyib, ağaclar aşıb, elektrik və rabitə xətləri qırılıb.
Ən çox ziyan Daşkəsən şəhərində qeydə alınıb. Güclü qasırğa Daşkəsən şəhəri S.Vurğun küçəsi 13 nömrəli, İ.Qayıbov küçəsi 45 nömrəli çoxmərtəbəli yaşayış binalarının dam örtüklərini uçurub. Həmçinin güclü külək elektrik dirəklərinin bir neçəsini aşırıb.
Hazırda rayon ərazisində qasırğa ilə müşayiət olunan qarın yağması davam edir.
Rayon fövqəladə hallar komissiyası tərəfindən dəymiş ziyanların həcminin müəyyən olunması istiqamətində işlər davam etdirilir. Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevin göstəriş və tapşırıqlarına uyğun olaraq dəymiş ziyanın aradan qaldırılması üçün rayonun daxili imkanları hesabına müvafiq tədbirlər görülür. Təbii fəlakət nəticəsində dəymiş bütün ziyanlar aradan qaldırılacaq.


DAŞKƏSƏNDƏ TƏBİİ FƏLAKƏT: GÜCLÜ KÜLƏK, QASIRĞA VƏ ÇOVĞUN FƏSADLAR TÖRƏDİBDAŞKƏSƏNDƏ TƏBİİ FƏLAKƏT: GÜCLÜ KÜLƏK, QASIRĞA VƏ ÇOVĞUN FƏSADLAR TÖRƏDİBDAŞKƏSƏNDƏ TƏBİİ FƏLAKƏT: GÜCLÜ KÜLƏK, QASIRĞA VƏ ÇOVĞUN FƏSADLAR TÖRƏDİBDAŞKƏSƏNDƏ TƏBİİ FƏLAKƏT: GÜCLÜ KÜLƏK, QASIRĞA VƏ ÇOVĞUN FƏSADLAR TÖRƏDİB

Oxşar xəbərlər