“Azərbaycan-Türkiyə dostluq və qardaşlığımız əbədidir!” mövzusunda görüşü keçirildi

“Azərbaycan-Türkiyə dostluq və qardaşlığımız əbədidir!” mövzusunda görüşü keçirildi Bu gün - 17 iyun tarixində “Əbədi Birlik” Gənclər İctimai Birliyi tərəfindən Şahin Əliyevin moderatorluğunda “Azərbaycan-Türkiyə dostluq və qardaşlığımız əbədidir!” mövzusunda görüşü keçirildi. Görüş də fəxri qonaq Türkiyədən AkParti millət vəkili Serkan Bayram dostluq və qardaşlıq əlaqələrimizdən bəhs etdi.

Görüş zamanı Serkan Bayram Azərbaycan-Türkiyə əlaqələrinin tarixi və əbədi olduğunu, Türkiyə 2023 seçkilərində Rəcəp Tayyip Ərdoğanın qələbəsinin bütün türk dünyasının qələbəsi olduğunu bildirdi. Eyni zamanda fiziki-məhdudiyyətli şəxslərə motivasiya mənbəyi olacaq özünə həsr olunmuş “Buğday Tanesi” filmindən bəhs etdi. Şahin Əliyev isə Azərbaycan və Türkiyə əlaqələrinin bütün sahələrdə inkişafından və iki dost, qardaş və müttəfiq dövlətin qazandığı uğurlardan danışdı. Çıxış edənlər Azərbaycan Türkiyənin daim həmrəy olmasını, dostluq və qardaşlıq əlaqələrinin yüksələn xətlə davam etməsini öz çıxışlarında bildirdilər.

Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı.

" Türkün Qardaşı - Türkdür."
" Yaşasın, Azərbaycan -Türkiyə!"

Bir olaq,güclü olaq! Əbədi Birliyin təməli olaq!






“Azərbaycan-Türkiyə dostluq və qardaşlığımız əbədidir!” mövzusunda görüşü keçirildi
“Azərbaycan-Türkiyə dostluq və qardaşlığımız əbədidir!” mövzusunda görüşü keçirildi

Oxşar xəbərlər