İyunun 7-də Daşkəsən Rayon İcra Hakimiyyətinin, KOBİA-nın və Gəncə Regional Turizm İdarəsinin dəstəyi və Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq filialının təşkilatçılığı ilə Daşkəsən şəhər Mədəniyyət Mərkəzində dövlət, özəl və sahibkarlıq subyektlərinin iştirakı ilə əmək yarmarkası keçirilib.
Tədbir “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın və “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı” müvafiq bəndlərinin icrası məqsədi daşıyıb.
Əmək yarmarkasında Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini Vüqar Məmmədov, Gəncə-Daşkəsən Regional Məşğulluq filialının direktoru Elməddin Qurbanov, KOB dostu departamentinin Gəncə-Qazax koordinatoru Anar Əliyev, Gəncə Regional Turizm İdarəsinin rəisi Zaur Bayramov, əlaqədar idarə, müəssisə və təşkilatların nümayəndələri və işaxtaran vətəndaşlar iştirak ediblər.
Tədbirin rəsmi hissəsi Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə açıq elan edilib.
Daha sonra RİHB-nin müavini Vüqar Məmmədov, Regional Filialın direktoru Elməddin Qurbanov, KOBİA-nın Gəncə-Qazax koordinatoru Anar Əliyev və digərləri çıxış edərək Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əmək bazarının tələblərinə uyğun kadr hazırlanması istiqamətində görülən ardıcıl işlərdən, qarşıda duran vəzifələrdən danışıblar, işəgötürülənlərə və iş axtaranlara uğurlar arzulayıblar.
Yarmarkada işlə təmin olunmaları üçün müraciət edən 200 nəfərin müvafiq sənədləri qəbul olunaraq qeydiyyata alınıb.
Elmar Əliyev - VÜQARLI
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini