İyunun 1-də Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi Rayon Heydər Əliyev Mərkəzinin, habelə şəhər Mədəniyyət Mərkəzinin və uşaq incəsənət məktəbinin birgə təşkilatçılığı ilə keçirilən 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş silsilə tədbirlərdə Daşkəsən Rayon İcra Hakimiyyətinin və Şəmkir Regional Mədəniyyət idarəsinin məsul işçiləri, rayonun mədəniyyət, ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrinin müəllim və şagird kollektivləri, valideynlər iştirak ediblər.
Tədbirlər ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsini yad etməklə başlayıb.
Daşkəsən rayon Heydər Əliyev Mərkəzində təşkil olunmuş uşaq bağçası-körpələr evlərinin və məktəblilərin iştirak etdiyi bayram tədbirində körpə fidanlar şeirlər söyləyib, mahnılar oxuyub və şən musiqilərin sədası altında rəqs ediblər.
Daşkəsən şəhər uşaq incəsənət məktəbi isə Mədəniyyət Mərkəzində məktəbin 2021-2022-ci tədris ilinin yekunu ilə bağlı bayram konsertini keçirib. Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini Vüqar Məmmədov tədbirdə çıxış edərək Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevin adından 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə uşaqları təbrik edib, Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uşaqlara hər zaman göstərdikləri diqqət və qayğıdan, Daşkəsəndə bu istiqamətdə görülən məqsədyönlü ardıcıl işlərdən danışıb.
Şəmkir Regional Mədəniyyət İdarəsinin rəis müavini Seymur Səfərov çıxışında Uşaqların Beynəlxalq Müdafiəsi Gününün əksər ölkələrində olduğu kimi, Azərbaycanda da qeyd olunduğunu, uşaqlarımızın normal yaşaması, onların təhsili, sağlamlığı və əyləncəsini təşkil etmək üçün müxtəlif tədbirlərin həyata keçirildiyini bildirib.
Mədəniyyət Mərkəzinin foyesində uşaq və yeniyetmələrin əlişləri və rəsmləri sərgilənib. Rəsmlərdə Vətən, onun füsunkar təbiəti, Vətən müharibəsi, mədəniyyət paytaxtımız – Şuşa və sülh mövzuları üstünlük təşkil edib.
Sonra bayram tədbirində istedadlı uşaqların ifasında konsert proqramları və rəqslər nümayiş etdirilib.
Elmar Əliyev
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini