Avqustun 4-də Daşkəsən rayonunda Daşkəsən Rayon İcra Hakimiyyətinin, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin, Daşkəsən KOB dostunun, Daşkəsən Gənclərin İnkişaf və Karyera Mərkəzinin dəstəyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera Filialının təşkilatçılığı ilə təşkil olunub.
Seminarda RİH-nin əməkdaşları, Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera Filialının rəhbəri Toğrul Ələkbərov, Filialın karyera məsləhətçisi Nərgiz Bayramova, abituriyentlər, 9-11-ci sinif şagirdləri, valideynlər və müəllimlər iştirak ediblər.
Layihənin əsas məqsədi valideynləri və gəncləri müasir əmək bazarının tələbləri barədə məlumatlandırmaq və abituriyentlərin düzgün ixtisas seçimi etmələrinə dəstək verməkdir.
Giriş nitqi ilə çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elmar Əliyev iştirakçıları Daşkəsən Rayon icra Hakimiyyətinin başçısı Əhəd Abıyevin adından salamlayıb və seminarın əhəmiyyətini qeyd edib.
Mərkəzi Karyera Filialının rəhbəri Toğrul Ələkbərov tərəfindən ixtisas seçiminin aparılması meyarları, düzgün kodlaşdırma qaydaları, prosesin psixoloji aspektləri, əsas ixtisaslar və onların gələcək perspektivləri haqqında məlumat verib.
Filialın karyera məsləhətçisi Nərgiz Bayramova isə seminar zamanı gənclərə özünütanıma və özünüinkişafın əhəmiyyəti, görülən işin cəmiyyət üçün yararlı olması, dəyər, maraq, bacarıq və istedadların müəyyən olunması yollarını izah edib. Həmçinin gələcəyin peşələri, ixtisas üzrə ölkədə və xaricdə təhsil haqqında məlumat verib, "Universiteti nəyə əsasən seçməli?" "Düzgün kodlaşdırma qaydaları", "Prosesin psixoloji aspektləri", "Əsas ixtisaslar və onların gələcək perspektivləri", "VİSA nədir?" mövzularında söhbət aparıb.
İnteraktiv keçən seminarda gənclərin sualları cavablandırılıb.
Elmar Əliyev
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini