Noyabrın 29-da Daşkəsən rayon Gurbulaq kənd ümumi orta məktəbinə Gəncə şəhər M.Ş.Vazeh adına 16 nömrəli məktəbin və Gəncə şəhər M.Müşfiq adına 14 nömrəli məktəbin şagirdləri qardaşlıq səfərinə gəliblər.
Görüşdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, Elm və Təhsil Nazirliyinin Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, məktəblərin müəllimləri, şagirdlər və ictimaiyyət nümayəndləri iştirak ediblər.
Hər üç məktəbi birləşdirən ümumi cəhət məktəblərin Vətən müharibəsi şəhidi olmuş qəhrəman müəllimləridir. Belə ki, İsrafilov Vidadi Vaqif oğlu Daşkəsən rayon Gurbulaq kənd ümumi orta məktəbin riyaziyyat,
İsmayılov Rabil Elbrus oğlu Gəncə şəhər Mikayıl Müşfiq adına 14 nömrəli tam orta məktəbin riyaziyyat, Məmmədov Rəşad Fərəməz oğlu isə Gəncə şəhər M.Ş.Vazeh adına 16 nömrəli tam orta məktəbin tarix müəllimi olublar.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi anılıb.
İcra başçısı Əhəd Abıyev giriş nitqi ilə çıxış edərək qonaqları və şagirdləri salamlayıb, tədbirin təşkilatçılarına təşəkkürünü bildirib. Qeyd edib ki, 44 günlük Vətən müharibəsində canını fəda edən şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, onların vətənpərvərliklərinin və qəhrəmanlıqlarının təbliği məktəblilərdə hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi işində, təhsildə daha böyük uğurlar qazanmalarında mühüm rol oynayır. Cəmiyyətimiz üçün nümunəvi vətəndaşların yetişdirilməsi, məktəblilərin vətənpərvərlik ruhunda tərbiyəsi Prezident cənab İlham ƏIiyev tərəfindən Azərbaycan təhsilinin qarşısında qoyulmuş əsas vəzifələrdəndir. Şəhidlərimizin ailələrinə və qazilərimizə göstərilən yüksək diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirən Əhəd Abıyev çıxışının sonunda Gəncə şəhər məktəbləri ilə Daşksən rayon Gurbulaq kənd məktəbinin qardaşlaşmasını yüksək qiymətləndirib, məktəbliləri hər zaman Vətən müharibəsi şəhidlərimizdən və qazilərimizdən örnək almalarını tövsiyə edib.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev çıxışında həyata keçirilən layihənin əhəmiyyətindən söz açaraq, eyni zamanda layihə çərçivəsində şəhər və kənd məktəblərinin, o cümlədən şagirdlərin inteqarasiyasının təcrübə mübadiləsində və ortaq qərarların qəbulunda mühüm amillərdən biri olduğunu deyib. Diqqətə çatdırıb ki, növbəti mərhələdə Daşkəsən rayon Gurbulaq kənd ümumi orta məktəbinin şagirdləri Gəncə şəhər məktəblərinə səfərlər edəcəklər.
Gurbulaq kənd ümumi orta məktəbinin direktoru Vaqif İsrafilov oğlu Vətən müharibəsi şəhidi Vidadi İsrafilovun xatirəsinin dövlətimiz tərəfindən uca tutmasını qeyd edərək göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyeva minnətdarlığını ifadə edib. Həmçinin deyib ki, yeniyetmə və gənc nəslin milli köklərimizə bağlılıq, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması işi peşəsindən asılı olmayaraq hər kəsin vəzifəsir. Bu yolda pedaqoji kollektivlərin də zəhməti böyükdür.
Sonra Gəncə şəhər məktəbliləri özləri ilə gətirdikləri hədiyyələri şagirdlərə təqdim ediblər. Görüş çay süfrəsi arxasında davam edib.
Sonda xatirə şəkli çəkilib.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
Humanitar məsələlər şöbəsinin müdir müavini