DAŞKƏSƏNDƏ PEŞƏ VƏ SAHƏ ASSOSİASİYALARININ YARADILMASININ DƏSTƏKLƏNMƏSİ İLƏ BAĞLI İCLAS KEÇİRİLİB

DAŞKƏSƏNDƏ PEŞƏ VƏ SAHƏ ASSOSİASİYALARININ YARADILMASININ DƏSTƏKLƏNMƏSİ İLƏ BAĞLI İCLAS KEÇİRİLİB Sentyabrın 22 də Daşkəsən Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən tədbir Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2020-ci il tarixli, 1816 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”nın 4.5-ci bəndinin (Peşə və sahə assosiasiyaları yaradılmasının dəstəklənməsi) icrasının təmin edilməsi məqsədi daşıyıb.

İclasda Daşkəsən RİH-nin məsul işçiləri, Daşkəsən KOB dostu, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının rayon bölməsinin, Dövlət Məşğulluq Agentliyinin rayon xidmət şöbəsinin, dövlət idarələri və ictimai xidmət təşkilatlarının, təhsil, səhiyyə və mədəniyyət işçiləri həmkarlar ittifaqlarının rayon komitələrinin nümayəndələri, rayon bələdiyyə şurasının sədri və müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.

İclas Daşkəsən RİHB-nin müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vüqar Məmmədovun sədrliyi ilə keçirilib. Daşkəsən RİH-nin başçısı Əhəd Abıyevin adından iştirakçılara salamlarını çatdırdıqdan sonra Vüqar Məmmədov bildirib ki, peşə və sahə assosiasiyaların yaradılması sosial dialoqun inkişaf etdirilməsi və qeyri-formal əmək münasibətlərinin qarşısının alınması, sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi, məşğulluğun artırılması, məlumatlılıq səviyyəsinin yüksəldilməsi, sahibkarların maraqlarının müdafiəsi baxımından çox əhəmiyyətlidir.

İcra başçısının müavini çıxışında məlumat verib ki, Daşkəsən rayonu üzrə 2022-ci ilin 6 ayı ərzində 165 min manat yerli özəl investisiya qoyuluşu olmuşdur ki, bunun sayəsində 14 yeni iş yeri yaradılmışdır. Rayona investisiya cəlb olunması məqsədilə ərazidə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, sənaye, energetika, tikinti, ticarət, nəqliyyat, telekommunikasiya və poçt, maliyyə və bank, turizm və digər xidmət sahələri üzrə mövcud vəziyyət, məlumatlar kütləvi informasiya vasitələri ilə hərtərəfli təşviq olunmuşdur.

Digər çıxış edənlər də, rayonda peşə və sahə assosiasiyaları yaradılmasının dəstəklənməsinin vacibliyini qeyd edib, müxtəlif mülahizələr irəli sürüblər.

İclasda diqqətə çatdırılıb ki, sahibkarlara öz fəaliyyət göstərdikləri istiqamətlərdə tələb olunan ixtisaslı işçilərin hazırlanmasında Dövlət Məşğulluq Agentliyi və rayonda fəaliyyət göstərən Peşə məktəbi vasitəsilə də müvafiq köməkliklər olunur.

Rayon ərazisində müxtəlif sahələr üzrə fəailiyyət göstərən sahibkarlar tərəfindən assosiasiyalarının yaradılması üçün Daşkəsən Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən qanunamüvafiq dəstək göstəriləcəkdir.



Elmar Əliyev

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini


DAŞKƏSƏNDƏ PEŞƏ VƏ SAHƏ ASSOSİASİYALARININ YARADILMASININ DƏSTƏKLƏNMƏSİ İLƏ BAĞLI İCLAS KEÇİRİLİBDAŞKƏSƏNDƏ PEŞƏ VƏ SAHƏ ASSOSİASİYALARININ YARADILMASININ DƏSTƏKLƏNMƏSİ İLƏ BAĞLI İCLAS KEÇİRİLİBDAŞKƏSƏNDƏ PEŞƏ VƏ SAHƏ ASSOSİASİYALARININ YARADILMASININ DƏSTƏKLƏNMƏSİ İLƏ BAĞLI İCLAS KEÇİRİLİBDAŞKƏSƏNDƏ PEŞƏ VƏ SAHƏ ASSOSİASİYALARININ YARADILMASININ DƏSTƏKLƏNMƏSİ İLƏ BAĞLI İCLAS KEÇİRİLİBDAŞKƏSƏNDƏ PEŞƏ VƏ SAHƏ ASSOSİASİYALARININ YARADILMASININ DƏSTƏKLƏNMƏSİ İLƏ BAĞLI İCLAS KEÇİRİLİBDAŞKƏSƏNDƏ PEŞƏ VƏ SAHƏ ASSOSİASİYALARININ YARADILMASININ DƏSTƏKLƏNMƏSİ İLƏ BAĞLI İCLAS KEÇİRİLİBDAŞKƏSƏNDƏ PEŞƏ VƏ SAHƏ ASSOSİASİYALARININ YARADILMASININ DƏSTƏKLƏNMƏSİ İLƏ BAĞLI İCLAS KEÇİRİLİBDAŞKƏSƏNDƏ PEŞƏ VƏ SAHƏ ASSOSİASİYALARININ YARADILMASININ DƏSTƏKLƏNMƏSİ İLƏ BAĞLI İCLAS KEÇİRİLİBDAŞKƏSƏNDƏ PEŞƏ VƏ SAHƏ ASSOSİASİYALARININ YARADILMASININ DƏSTƏKLƏNMƏSİ İLƏ BAĞLI İCLAS KEÇİRİLİBDAŞKƏSƏNDƏ PEŞƏ VƏ SAHƏ ASSOSİASİYALARININ YARADILMASININ DƏSTƏKLƏNMƏSİ İLƏ BAĞLI İCLAS KEÇİRİLİB

Oxşar xəbərlər