Daşkəsən rayonunda Gənclər Günü qeyd olunub

Daşkəsən rayonunda Gənclər Günü qeyd olunub Daşkəsən rayon İcra hakimiyyəti, rayon Gənclər və İdman İdarəsi və rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Daşkəsən Mədəniyyət Mərkəzində 2 fevral – Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyi münasibətilə bayram tədbiri keçirilib.
Tədbirdə Daşkəsən rayon İcra hakimiyyətinin məsul işçisi Elmar Əliyev, rayon Gənclər və İdman İdarəsinin rəisi Samir Həsənov, Mədəniyyət Mərkəzinin direktoru Mətanət Abdullayeva, rayonun ictimai-siyasi və mədəni həyatında fəallığı ilə seçilən gənclər, şəhid ailələrinin üzvləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə rayon mərkəzində ucaldılan ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül-çiçək dəstələri qoyulub. Daha sonra tədbir iştirakçıları Daşkəsən Şəhidlər Xiyabanını ziyarət ediblər.
Daşkəsən rayon Mədəniyyət Mərkəzində davam edən tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi, ulu öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Çıxış edən Daşkəsən rayon İcra hakimiyyətinin məsul işçisi Elmar Əliyev 2 Fevral – Gənclər Günü münasibətilə Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyevin adından gəncləri təbirik edib, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətindən, rayonda gənclərin inkişafı üçün yaradılan münbit şəraitdən, qazanılmış uğurlarda və qarşıda duran vəzifələrdən söz açıb.
Rayon Gənclər və İdman İdarəsinin rəisi Samir Həsənov, Mədəniyyət Mərkəzinin direktoru Mətanət Abdullayeva, gənclər adından Nigar Məmmədzadə, Emin Əliyev və qazi Ceyhun Əliyev çıxış edərək müxtəlif sahələrdə gənclərin uğurlu fəaliyyətindən, onlara göstərilən ən yüksək diqqət və qayğıdan danışıblar. 44 günlük Vətən Müharibəsində əldə olunan tarixi zəfərdə gənclərin müstəsna xidmətləri olduğu vurğulanıb.
Sonra rayonun ictimai-siyasi və mədəni həyatında fəallıq göstərən, qazi və digər sahələrdə yüksək nailiyyətlər əldə etmiş gənclərə fəxri fərmanlar və hədiyyələr təqdim edilib.
Tədbir musiqi kompozisiyası ilə başa çatıb.

Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini


Daşkəsən rayonunda Gənclər Günü qeyd olunubDaşkəsən rayonunda Gənclər Günü qeyd olunubDaşkəsən rayonunda Gənclər Günü qeyd olunubDaşkəsən rayonunda Gənclər Günü qeyd olunubDaşkəsən rayonunda Gənclər Günü qeyd olunubDaşkəsən rayonunda Gənclər Günü qeyd olunubDaşkəsən rayonunda Gənclər Günü qeyd olunub

Oxşar xəbərlər