DAŞKƏSƏN KOB DOSTU MURAZ MƏMMƏDOVUN TƏŞƏBBÜSÜ İLƏ SAHİBKARLIĞA VƏ MƏŞĞULLUĞA DAİR NÖVBƏTİ MAARİFLƏNDİRMƏ RAYONUN ASTAF VƏ PİRVERDİLƏR KƏNDLƏRİNDƏ KEÇİRİLİB

DAŞKƏSƏN KOB DOSTU MURAZ MƏMMƏDOVUN TƏŞƏBBÜSÜ İLƏ SAHİBKARLIĞA VƏ MƏŞĞULLUĞA DAİR NÖVBƏTİ MAARİFLƏNDİRMƏ RAYONUN ASTAF VƏ PİRVERDİLƏR KƏNDLƏRİNDƏ KEÇİRİLİB Prezident cənab İlham Əliyevin yaratdığı Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) kiçik və orta biznesin yaradılmasından başlayaraq, onun fəaliyyətinin bütün mərhələlərində mövcud dövlət dəstəyi mexanizmləri və göstərdiyi xidmətlər çərçivəsində iş adamları ilə dövlət qurumları arasında etibarlı körpü rolunu oynayır. KOBİA-nın göstərdiyi xidmətlər, demək olar ki, bütün respublika ərazisini əhatə edir və sahibkarlar tərəfindən böyük razılıqla qarşılanır.

KOBİA Daşkəsən rayonunda da sahibkarlığın inkişafına böyük təkan verir. Xatırladaq ki, 2022-ci ilin may ayının 13-də KOBİA-nın Daşkəsən “KOB Dostu” ofisi fəaliyyətə başlamışdır. Daşkəsən KOB Dostu fəaliyyətə başladığı qısa müddət ərzində Agentliyin fəlsəfəsinə uyğun olaraq qarşıya qoyulan çoxşaxəli funksiyaları uğurla yerinə yetirir, mövcud dövlət dəstəyi mexanizmləri və Agentliyin göstərdiyi dəstək tədbirləri çərçivəsində sahibkarlara xidmət göstərir, hədəflərin reallaşdırılması məqsədilə yeni-yeni təşəbbüslərlə təqdirəlayiq inkişaf modelləri tətbiq edir. Belə ki, kiçik və orta biznes subyektlərinin rayon iqtisadiyyatında rolunu möhkəmləndirmək üçün Daşkəsən KOB Dostu çevik idarəetmə sisteminin və səmərəli əlaqələndirmə mexanizminin tətbiqi yolu ilə mütəmadi olaraq yerlərdə görüşlər keçirir, müraciətlərin aidiyyəti qurumlarla birgə operativ həllini təşkil edir, ardıcıl geniş maarifləndirmə, izahat işləri aparır, vəzifə öhdəliklərini layiqincə yerinə yetirməyə çalışır.

Aprelin 20-də Daşkəsən KOB dostu Muraz Məmmədovun təşkilatçılığı və təşəbbüsü ilə sahibkarlıq və məşğulluq sahəsində maraqlı tərəflərin sağlam münasibətlərinin dəstəklənməsi, dialoq mühitinin təşviqi, bu sahədə xidmətlərinin əlaqələndirilməsi və tənzimlənməsi məqsədilə Daşkəsən Rayon İcra Hakimiyyəti, Gəncə-Daşkəsən Regional Məşğulluq İdarəsinin rayon xidmət şöbəsi və Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin iştirakı ilə Ermənistanla həmsərhəd ucqar dağlıq ərazidə yerləşən Astaf və Pirverdilər kəndlərində sakinlərlə görüşlər keçirib.

Daşkəsən KOB dostu Muraz Məmmədov diqqətə çatdırıb ki, sahibkarlıq, habelə kənd təsərrüfatı və bunların məntiqi bir nəticəsi kimi məşğulluq sahəsində rayonda yerlərdə mövcud çatışmazlıqların aradan qaldırılması üçün aidiyyəti qurumlarla koordinasiyalı şəkildə hərəkət etməklə problemlərin həllinə nail olmaq daha da asandır və olduqca səmərəli nəticələr əldə edilir. KOBİA-nın xidmətləri və dəstək mexanizmləri barədə sakinlərə ətraflı məlumat verən Muraz Məmmədov sahibkarları və yeni sahibkarlığa başlamaq istəyən gəncləri fəal əməkdaşlığa dəvət edərək rayonda sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi üçün əlverişli imkanların olduğunu bildirib.

Gəncə-Daşkəsən Regional Məşğulluq İdarəsi rayon xidmət şöbəsinin müdiri Şəhriyar Kazımov isə vurğulayıb ki, rayonda əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi, əmək ehtiyatlarından səmərəli istifadənin təminatı üçün dövlətin məşğulluq strategiyası həyata keçirilir, qeyri-formal məşğulluğun qarşısının alınması diqqətdə saxlanılır və bu sahədə görülən işlərin miqyası ildən-ilə genişlənir. Belə ki, yeni iş yerləri yaradılır, işaxtaranların özünüməşğulluq imkanlarının artırılması, habelə işə düzəlməkdə çətinlik çəkən şəxslərin aktiv məşğulluq tədbirlərinə cəlb edilməsi davam etdirilir.

Daşkəsən DAİM-in nümayəndəsi isə qeyd edib ki, rayonda aqrar sahədə davamlı inkişafa nail olmaq üçün Mərkəz qarşısında məhsuldarlığı artırmaq, mövcud potensialdan səmərəli istifadə etmək, kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq və aqrar məşğulluğu daha da genişləndirmək kimi mühüm vəzifələri dayanır.

Görüşdə sakinlərin çoxsaylı sualları cavablandırılıb, onların müraciətləri qeydə alınıb və maarifləndirici bukletlər paylanıb.

Elmar Əliyev – Vüqarlı

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

Oxşar xəbərlər