Daşkəsən RİH-in yanında Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsinin növbəti iclasında Rayon İcra Hakimiyyətinin məsul işçiləri, Gəncə-Daşkəsən regional Məşğulluq Filialının, rayon Polis şöbəsinin, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Daşkəsən rayonu üzrə təhsil sektorunun, Daşkəsən rayon Statistika idarəsinin, Daşkəsən rayonu üzrə Maliyyə şöbəsinin, Daşkəsən rayon Gənclər və İdman idarəsinin, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 3 saylı Gəncə Ərazi idarəsinin Daşkəsən rayon şöbəsinin, ƏƏSMN-yi tabeliyində DSMF publik hüquqi şəxsin Gəncə-Daşkəsən regional filialının Daşkəsən rayon qəbul şöbəsinin, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Monitorinq şöbəsinin, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Gəncə -Daşkəsən regional şöbəsinin, Dövlət idarələri və ictimai xidmət təşkilatları həmkarlar təşkilatının və Daşkəsən rayon bələdiyyə sədrləri şurasının rəhbər və məsul işçiləri iştirak ediblər.
RİH-in yanında Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsinin sədri, Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini Vüqar Məmmədov iclası giriş sözü ilə açaraq Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının Katibliyi tərəfindən təqdim olunmuş hesabat dövrü ərzində Daşkəsən rayonu üzrə məşğulluğa dair qiymətləndirmə cədvəli və hesabat dövrü ərzində rayon üzrə əmək müqavilələrinə dair məlumatları üzvlərlə birlikdə təhlil etdi.
Bildirdi ki, hesabat dövründə 34 nəfərin əmək müqaviləsinə xitam verilmiş, 45 nəfərlə isə yeni əmək müqaviləsi bağlanmışdır. Bu da işlə təmin olunan əlavə 11 nəfər deməkdir.35545 nəfər rayon əhalisinin 20300 nəfəri məşğul əhali hesab edilmişdir.
Aktiv əmək müqaviləsinə görə işçilərin sayı 2619 nəfər, aktiv məşğul əhali 4085 nəfər olmuşdur. Rəsmiləşdirilməyən məşğul əhali 16215 nəfər olmuşdur ki, bu da məşğul əhaliyə nisbətdə 79, 9 % təşkil etmişdir.
Dövlət vergi xidmətinin məlumatına görə hesabat dövründə rayon ərazisində hazırda fəaliyyəti olan 1434 nəfər fərdi sahibkarlar qeydə alınmışdır.
Aktiv məşğul əhalinin 3220 nəfəri və ya 78,82 faizi qeyri-kənd təsərrüfatı sahəsində çalışanlar olmuşdur.
V.Məmmədov əhalinin məşğulluğunun təmin olunması istiqamətində rayon rəhbərliyinin nəzarəti altında məqsədyönlü işlərin görüldüyünü, yeni iş yerlərinin yaradıldığını bildirib. Qeyd etmişdir ki, 2022-ci ilin yanvar-iyun ayları ərzində Daşkəsən rayonunda mövcud müəssisə və təşkilatlarda olmaqla 53 yeni iş yerləri açılmışdır.
2022-ci ilin yanvar-may aylarında rayonda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 28,8 faiz artaraq 872,7 manat olmuşdur. İqtisadiyyatın mədənçıxarma sənayesi, emal sənayesi, maliyyə və sığorta fəaliyyəti, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.
Gəncə-Daşkəsən regional Məşğulluq Filialının müdir müavini Rəfat Məmmədov çıxış edərək bildirmişdir ki, bizim qarşımızda duran vacib məsələlərdən biri də ərazidə qeyri-formal məşğulluğun qarşısının alınmasıdır. Bilirsiniz ki, qeyri-formal məşğulluq əmək bazarının tənzimlənməsinə, vergi, sosial sığorta və digər məcburi ödənişlərin həyata keçirilməsinə, işçilərin gələcək sosial təminat hüquqlarına malik olmasına ciddi maneə yaradır. Qeyri-formal məşğulluğun xarakterik olduğu sahələr əsasən tikinti, ictimai iaşə, nəqliyyat və bu kimi sahələrdir. Bu sahələr üzrə nəzarətin, əmək müqaviləsi bağlamağa stimullaşdıran tədbirlərin, təbliğat-təşviqat məqsədli maarifləndirmə işlərinin gücləndirilməsinə ehtiyac var.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin Gəncə -Daşkəsən regional şöbəsinin rəis müavini Rüstəm Rüstəmov və 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Monitorinq şöbəsinin 1-ci dərəcəli müfəttişi Şəmsur Cəbrayılov öz çıxışlarında təmsil etdikləri qurum tərəfindən qeyri-formal məşğulluğun qarşısının alınması üçün sahibkarlıq sahəsində fəaliyyət göstərən obyektlərdə mütəmadi reydlərin keçirildiyini və sahibkarlarla maariflənmə işlərinin aparıldığını bildirdilər.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Daşkəsən rayonu üzrə təhsil sektorunun baş məsləhətçisi Rizvan Ələsgərov Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsinin növbəti iclaslarında ərazidə fəaliyyət göstərən sahibkarlardan bir neçəsinin dəvət edilməsini təklif etdi.
İclas iştirakçılarının bir daha nəzərinə çatdırılmışdır ki, RİH-in nəzdində Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsinin iclasının əsas məqsədi rayon ərazisində işsizliyin qarşısının alınması, əmək bazarında gərginliyin aradan qaldırılması, bazar iqtisadiyyatı şəraitində dövlət və qeyri-dövlət müəssisələrində işaxtaran və işsiz vətəndaşların ilk növbədə məşğulluq problemlərinin səmərəli həll edilməsidir.
İclasda rayonda qeyri-rəsmi məşğulluğun qarşısının alınması, rəsmiləşdirilməyən əmək münasibətlərləri və bu işdə mövcud olan problemlərin aradan qaldırılması, Daşkəsən Rayon İcra Hakimiyyəti yanında Məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin işinin səmərəli təşkil edilməsi, aidiyyəti dövlət qurumları ilə əlaqələndirilməsi və digər məsələlər haqqında müzakirələr aparılmışdır.