“AzadSoz” Youtube internet kanalında 04.06.2023-cü il tarixdə yayımlanmış Daşkəsən rayon Xoşbulaq kənd sakini Məmmədzadə Sahib Mürvət oğlunun təşkili ilə özünün və onun yaxın qohumlarının tamamilə qərəzli, əsassız, böhtan xarakterli çıxışlarından ibarət video süjetə Daşkəsən Rayon İcra Hakimiyyətinin təkzibi
“AzadSöz” Youtube internet kanalından istifadə edərək 04.06.2023-cü il tarixdə yayımlanmış Daşkəsən rayon Xoşbulaq kənd sakini Məmmədzadə Sahib Mürvət oğlunun təşkilatçılığı ilə özünün və onun yaxın qohumlarının, xalası və bibisinin, həmçinin onların övladlarının tamamilə qərəzli, əsassız, uydurma və böhtan xarakterli çıxışlarından ibarət video süjetlə bağlı bildiririk ki, Sahib Məmmədzadənin Azərbaycan Xalq Cəbhəsi Partiyasının Daşkəsən rayon şöbəsinə guya yeni təyin olunacaq “sədri” kimi radikal müxalifətçi olması, xaricdə radikal blogerlik edən Qabil Məmmədovla, Tural Sadıqlı ilə yaxından əlaqə saxlaması, Xoşbulaq kənd sakinlərini iğtişaşa çağırması, ayrı-ayrı vətəndaşların qanuni icarəsində olan dövlət fonuna aid yay otlaq sahələrini qanunsuz zəbt etməklə əkin işləri aparması, kənar rayonlardan sürüləri kütləvi gətirməklə ərazidə sıxlıq, sakinlər arasında qarşıdurma yaratması və digər qanunazidd əməlləri barədə qabaqlayıcı tədbirlərin görülməsi üçün tərəfimizdən aidiyyəti üzrə müraciətlər olunmuşdur.
Diqqətinizə çatdırırıq ki, 01.06.2023-cü il tarixdə “AzadSöz” Youtube internet kanalında yayımlanan Xoşbulaq gölünün guya Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısına məxsus olması və onu dəmir hasara aldırması ilə bağlı çıxış edərək dedikləri təsdiqini tapmadığı üçün özləri biabırçı formada ifşa oldular. Xoşbulaq gölünün dövlətə məxsus olduğunu bildikdən sonra həmin videonu silərək şər-böhtan xarakterli belə bir yeni video bəyanatla təzədən çıxış edirlər.
Əvvəlki illərdə olduğu kimi bu il də Sahib Məmmədzadə atası Məmmədov Mürvət Rza oğlu ilə onların bir qrup yaxın qohumu, xalası, bibisi və onların övladları qanunsuz əməllərini davam etdirərək əsassız, uydurma yazılarla, çıxışlarla hədə-qorxu gəlib, fikir çaşdırıb qanunsuz tələblərini təmin etdirmək məqsədilə xaricdəki radikal blogerlərə, “AzadSöz” və digər müxalifət kanallarına Daşkəsən Rayon İcra Hakimiyyəti barədə işgüzar nüfuza xələl gətirən, qərəzli, tamamilə yalan müraciətlər, çıxışlar təşkil edir və rayonda iqtidara xələl gətirən, heç bir həqiqəti əks etdirməyən, uydurma şou yaratmağa çalışırlar. Sahib Məmmədzadənin və onun qohumlarının dələduz kimliyini, haqsız olduqlarını nəinki Xoşbulaq kəndi, bütün Daşkəsən rayonu bilir.
Vaxtilə Daşkəsən Rayon İcra Hakimiyyətinin 21.05.2021-ci il tarixli 297 nömrəli müraciəti əsasında Daxili İşlər Nazirliyinin nəzarəti altında Nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi hörmətli general Oqtay Kərimovun şəxsən göstərişi ilə 22.06.2021-ci ildə Sahib Məmmədzadənin və onun başçılıq etdiyi yaxın qohumlarının belə qanunazidd hərəkətlərinin fakt üzrə qarşısı alınmış və barələrində ciddi xəbərdarlıqlar edilmişdir. Habelə Xoşbulaq kəndində qanunsuz hərəkətlərinə görə Sahib Məmmədzadənin nəzarətdə saxlanılması, profilaktik tədbirlərin gücləndirilməsi Daşkəsən Rayon Polis Şöbəsinin rəisinə tapşırılmışdır.
Eyni zamanda, 06.06.2022-ci il tarixdə Sahib Məmmədzadənin Xoşbulaq kənd sakinlərinin adından açıq-aşkar saxta imzalarla müxtəlif yuxarı qurumlara ünvanladığı “kollektiv müraciət”in saxtakarlığı tam təsdiqini tapmış və barəsində yenidən ciddi xəbərdarlıq olunmuşdur. Sahib Məmmədzadə həmin “kollektiv müraciətdə” hətta ölmüş 7 nəfərin adından özü imzalar atmışdır. Daşkəsən Rayon Polis Şöbəsində bu barədə istintaq-təhqiqat işləri aparılarkən Sahib Məmmədzadə araşdırmaya verdiyi 20.06.2022-ci il tarixli yazılı ərizəsində Xoşbulaq kənd sakinləri adından müxtəlif qurumlara göndərdiyi “kollektiv müraciəti” saxtakarlıq etməklə özünün hazırladığını və dediklərinin həqiqətə uyğun olmadığını etiraf etmişdir.
Sahib Məmmədzadə açıq-aşkar məişət pozğunudur. Onun məişət pozğunluğunu təsdiq edən intim videogörüntüləri müxtəlif sosial şəbəkələrdə geniş yayılmışdır.
Tüfeyli həyat tərzi keçirən, sağlam olduğu halda, guya vərəm, qotur xəstəsi olması sənədi düzəltdirməklə, müddətli həqiqi hərbi xidmətdən qəsdən yayındırılan, Vətən müharibəsi dövründə səfərbərlik üzrə çağırış vərəqi verilsə də, qaçıb Yevlax rayonunda gizlənən, indi isə müharibə dövründən və şəhid ailələrinin adından danışan Sahib Məmmədzadə qanunsuz əməllərini bu gün də davam etdirir. Sahib Məmmədzadənin qanunsuz əməlləri və hərbi xidmətdən yayınması barədə vətəndaşların çoxsaylı şikayət ərizələri var. O, hal-hazırda Xoşbulaq kəndinə yaxın dövlət mülkiyyətinə aid yay otlaq sahələrində təzədən qanunsuz əkin işləri apardığı yerdən Qabil Məmmədovla əlaqə yaratmaqla dövlətimiz və hökumət, o cümlədən ölkənin rəhbər vəzifəli şəxslərinin əleyhinə əsassız, böhtan fikirlərlə müraciətlər edir, kənd sakinlərini iğtişaşa qalxmağa çağırır. Məqsədi də törətdiyi çoxsaylı qanunsuz əməllərini ört-basdır etmək, cinayət məsuliyyətdən yayınmaqdır.
Daşkəsən Rayon İcra Hakimiyyəti