DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNİN ŞƏHİD ANASI QÖNÇƏ CƏFƏROVANIN 8 AVQUST 2022-Cİ İL TARİXDƏ “İDEAL TV” YOUTUBE KANALINDA YAYIMLANMIŞ ÇIXIŞINA MÜNASİBƏTİ

DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNİN ŞƏHİD ANASI QÖNÇƏ CƏFƏROVANIN 8 AVQUST 2022-Cİ İL TARİXDƏ “İDEAL TV” YOUTUBE KANALINDA YAYIMLANMIŞ ÇIXIŞINA MÜNASİBƏTİ 8 avqust 2022-ci il tarixdə “İdeal Tv” Youtube kanalında yayımlanmış Qönçə Cəfərovanın çıxışına münasibət olaraq bildiririk ki, Daşkəsən rayonunun Yuxarı Daşkəsən qəsəbəsində yaşamış Vətən müharibəsi şəhidi Abbasov Möhlət Eldəniz oğlunun anası Cəfərova Qönçə Musa qızının Gəncə şəhəri Məhsəti qəsəbəsində özünəməxsus fərdi yaşayış evindən ünvanladığı şəhid oğlunun adının əbədiləşdirilməsi məqsədilə Daşkəsən şəhərinin mərkəzində ehsan bulağının Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən tikilməsini xahiş etdiyi müraciəti nəzərə alınaraq bunun üçün müvafiq torpaq sahəsi ayırılmış və Rayon İcra Hakimiyyəti ehsan bulağının tikintisini bütövlükdə öz üzərinə götürmüş, eyni zamanda bulağın ətrafını abadlaşdıraraq əraziyə şam ağacları və gül kolları əkmişdir. Hazırda şəhid bulağının yüksək səviyyədə tikintisi tam başa çatmışdır. Yaxın günlərdə bulağın açılışı nəzərdə tutulur.
Ölkə rəhbərimiz möhtərəm cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən rayonun hər bir şəhid ailəsinə, qazi və müharibə iştirakçısına köməkliklərin edilməsi istiqamətində gündəlik olaraq davamlı işlər aparılır, bu kateqoriyadan olan sakinlərin hər birinə xüsusi yüksək diqqət və qayğı göstərilir. Belə ki, şəhid anası Qönçə Cəfərovaya da Gəncə şəhəri Məhsəti qəsəbəsində yerləşən ona məxsus yaşadığı evin təmiri üçün Yaşat Fondu tərəfindən 10 min manat vəsaitin ayrılmasına köməklik göstərilmiş, şəhidin məzarının düzəldilməsi, yas mərasimi, anım və doğum günləri Rayon İcra Hakimiyyəti tərəfindən  həyata keçirilmiş, dəfələrlə ona hər cür maddi yardımlar və pul köməkliyi olunmuşdur. Habelə məşğulluğunun təmin edilməsi üçün ona Yuxarı Daşkəsən qəsəbəsində 4 sot torpaq sahəsi və 3 baş inək, 400 kq yem verilmişdir. Həmçinin Yuxarı Daşkəsən qəsəbəsində Qönçə Cəfərovanın fərdi yaşayış evinə yeni su xətti, işıq və qaz çəkilərək evinə gələn yol və ətrafı abadlaşdırılmışdır. Qönçə Cəfərovaya məxsus ikiotaqlı mənzilin olduğu Daşkəsən şəhəri Babək küçəsi 4 ünvanındakı binanın həyətində isə tikinti üçün ona 35 kv.m torpaq sahəsi ayrılmışdır.
Bildiririk ki, Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən rayonun bütün şəhid ailələrinə olduğu kimi şəhid anası Qönçə Cəfərovaya da daim diqqət və qayğı göstərilir.
Son günlər şəhid anası Qönçə Cəfərova heç bir qanuni sənədi olmadan şəhid bulağının yaxınlığında – Daşkəsən şəhəri T.İsmaylov küçəsi 37 nömrəli ikimərtəbəli yaşayış binasının sakinlərinə aid olan həyətdə mağaza tikintisi işlərini aparmağa cəhd göstərmişdir. Onun bu qanunazidd hərəkəti həmin binanın sakinləri ilə arasında ziddiyyətə və sakinlərin kəskin etirazına, narazılığına səbəb olmuşdur. Qönçə Cəfərova həmin binanın sakini şəhid bacısı, qazi anası Abışova Pirilyad Salah qızının (telefonu: 050-626-51-77) mənzilinin bütün pəncərə şüşələrini, qapısını daşlamaqla sındırmış, əmlakına ziyan vurmuş, ona xəsrət yetirmişdir. Hazırda Qönçə Cəfərovanın Priliyad Abışova və bina sakinləri ilə arasında olan münaqişə ilə bağlı Daşkəsən Rayon Polis Şöbəsində və rayon prokurorluğunda istintaq-təhqiqat işləri aparılır.   
Bina sakinlərinin çoxsaylı şikayət ərizələrinə əsasən, həmin ərazidə qeyri-qanuni olaraq mağaza tikməməsi üçün şəhid anası Qönçə Cəfərova ilə dəfələrlə izahat işləri aparılaraq qanunvericiliyin tələbləri ətraflı izah edilmişdir. Və bu məsələnin Daşkəsən Rayon İcra Hakimiyyətinə heç bir aidiyyəti yoxdur, şəhid anası Qönçə Cəfərovaya həmişə hörmətlə və həssaslıqa yanaşılmışdır. Qönçə Cəfərovanın döyülüb və təhqir olunması ilə bağlı dedikləri şər və böhtan olmaqla, özünün uydurmasıdır. Onun Daşkəsən Rayon İcra Hakimiyyətindən narazılığının səbəbi isə boşandığı keçmiş əri Eldəniz Abbasovdan şəhid atası statunun alınması  tələbinin yerinə yetirilməməsi ilə bağlıdır. Bu məsələ Rayon İcra Hakimiyyətinin səlahiyyətləri xaricindədir.        
5 avqust 2022-ci il tarixdə saat 20 radələrində isə şəhid anası Qönçə Cəfərovanın Bakı şəhərindən təşkil edib göndərdiyi özlərini qazi adlandıran bir qrup hərbi geyimli rayondan olmayan kənar şəxslər həmin Daşkəsən şəhəri T.İsmayılov küçəsi 37 nömrəli yaşayış binasının həyətində şəhid bulağının ətrafında əkilmiş şam ağaclarını və gül kollarını çıxardıb atmış, bina sakinlərini təhqir etmiş, həmçinin mağaza tikmək üçün özləri ilə tikinti materialları gətirmişlər. Kənar yerdən gəlmiş özlərini qazi adlandıran hərbi geyimli kənar şəxslər qarşıdurma yaratmaqla asayişi pozmağa cəhd göstərsələr də, çoxsaylı bina sakinlərinin qəti etirazı ilə Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onlar şəxsiyyətləri müəyyən edilərək xəbərdarlıqdan sonra rayon ərazisindən uzaqlaşdırılmışlar. İctimai təhlükəsizliyə zidd belə bir halın bir daha da təkrarlanmaması üçün şəhid anası Qönçə Cəfərovanın təşkilatçılığı ilə sakinlərlə kütləvi qarşıdurma yaratmağa və ictimai asayişi pozmağa cəhd etmiş həmin bir qrup şəxsin barəsində aidiyyəti üzrə müvafiq hüquqi tədbir görülməsi üçün tərəfimizdən artıq hüquq-mühafizə orqanlarına müraciət olunmuşdur.   
 
Elmar ƏLİYEV
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini  

Oxşar xəbərlər