Azərbaycan inkişaf yolunda !

Azərbaycan inkişaf yolunda ! XXI əsrdə mürəkkəb ölkələrarası münasibətlər şəraitində hər bir ölkənin qarşısında duran strateji vəzifə müstəqilliyin qorunması ilə yanaşı dayanıqlı inkişafın təmin olunmasıdır. Buna nail olmaq üçün isə hakimiyyət tərəfindən xalqın maraqlarını, dövlətin mənafeyini əks etdirən daxili və xarici siyasət həyata keçirilməlidir. Bu baxımdan Azərbaycan nümunəvi reallıqlar formalaşdırmağı bacaran qabaqcıl ölkələr sırasında yer alır.
Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın dünya müstəvisində yüksək nüfuza malik olmasını, ölkədə xalq-iqtidar birliyinin təmin edilməsini şərtləndirən əsas amil Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin müasir çağırışlara və milli maraqlara cavab verməsidir. Həm SSRİ dövründə, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi zamanı Azərbaycanı tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxaran xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün Onun layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Yəni Azərbaycan Ulu Öndərin ideyaları əsasında inkişaf edir. Şübhəsiz ki, Heydər Əliyev ideyaları dövlət müstəqilliyinin qorunması, inkişaf siyasətinin davam etdirilməsi, milli həmrəyliyin möhkəmləndirilməsi kimi mühüm strateji istiqamətləri əhatə edir. Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən kurs bu kontekstdə mühüm əhəmiyyətə malikdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə tərəqqi yolunda inamla irəliləyən Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub və ölkəmizin qarşısında aydın perspektivlər açılıb.
Mayın 18-də Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycan-Litva biznes forumunun açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışı zamanı səmərəli inkişaf siyasətindən bəhs edərkən bir sira gerçəklikləri diqqətə çatdırmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ikitərəfli əməkdaşlığın müxtəlif mühüm məsələləri, eləcə də regional inkişaf, Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı ilə bağlı geniş müzakirələr aparılması barədə danışarkən ikitərəfli əlaqələrin inkişafına dair nikbin fikirdə olduqlarını, iki ölkə arasında münasibətlərin çox yaxşı siyasi təməlinin olduğunu və bu əlaqələrin daha da inkişaf etdirilə biləcəyini , Prezidentin rəsmi səfərinin ikitərəfli əlaqələrdə mühüm amil olduğunu qeyd etdi.
Həmçinin Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi yolları ilə bağlı qarşılıqlı anlaşmada Avropa İttifaqı ilə sıx əlaqələrə dair Azərbaycanın planlarını dəstəklədiyinə görə Litvaya, onun hökumətinə, Prezidentinə minnətdar olduğunu bildirən Prezident ikitərəfli əlaqələrin gücləndirməlı olduğunu,regional vəziyyəti, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini geniş müzakirə etdiklərini bildirdi.
Biznes forumun planları, ölkədəki biznes mühiti, sərmayə də daxil olmaqla imkanlar haqqında qarşılıqlı məlumatlandırma, həmçinin işgüzar əlaqələr qurmaq üçün yaxşı fürsət olduğu , birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası işgüzar dairələrin səylərini əlaqələndirəcək, eyni zamanda, hər iki ölkədə iş qurmaq üçün çoxlu imkanlar yaradacağını, nümayəndə heyətlərinin müzakirə edəcəyi məsələlər arasında ticarət, investisiya, kənd təsərrüfatı, informasiya texnologiyalarının inkişaf etdirilməsi, nəqliyyat, enerji, təhsil ilə bağlı məsələlərin olmasını qeyd edən Prezident müzakirə olunan bütün məsələlərə dair praktiki nəticələr əldə etməyə və əməkdaşlığı inkişaf etdirmək üçün başqa nə etməyi müəyyənləşdirməyə ehtiyacı olduğunu da bildirdi.
Davamlı inkişafa xidmət edən mühüm addımlar, kompleks islahatlar haqqında danışan Prezident həmçinin qeyd etdi ki,biz Ermənistanla sülh sazişi imzalamaq istəyirik. Biz münasibətləri normallaşdırmaq və düşmənçilik səhifəsini çevirmək istəyirik.
Forumda Litva Respublikasının Prezidenti Gitanas Nauseda çıxışda bu görüşdən şərəf duyduğunu qeyd edərək, iki ölkə arasındakı münasibətlərin daha da inkişaf etdirilə biləcəyini, məqsədinin iki ölkənin iqtisadi, mədəni, siyasi və sosial əlaqələrini yenidən canlandırmaq, onları daha sıx və uzunmüddətli etmək olduğunu dedi.
Şübhəsiz ki , bütün bunlar Azərbaycan Respublikasının Prezidentinin qlobal əhəmiyyətli təşəbbüsləri və ölkəmizin yüksək beynəlxalq nüfuzundan xəbər verir. Biz də Azərbaycan Respublikasının vətəndaşları olaraq bundan qürur duyuruq !


Ramana qəsəbəsi, 90 nömrəli tam orta məktəbin
direktor əvəzi Svetlana Nəbiyeva

Oxşar xəbərlər