Paşinyan etiraf etdi: “Çarəsiz qalmışıq, müqavilə imzalamalıyıq”

Paşinyan etiraf etdi: “Çarəsiz qalmışıq, müqavilə imzalamalıyıq” Ermənistan Baş naziri Nikol Paşinyan rəhbəri olduğu Mülki Müqavilə Partiyasının nümayəndələri ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı “Hraparak” qəzeti öz mənbələrinə istinadən yayıb.

Məlumata görə, görüş zamanı Paşinyan onlara Ermənistan üçün çətin zamanların başladığını etiraf edib. O, beynəlxalq ictimaiyyətin artıq İrəvandan Azərbaycanla məsələnin qısa zamanda həll edilməsini və sülh müqaviləsi imzalamasını tələb etdiyini bildirib.

“Hər kəs bu situasiyadan yorulub” – deyə Paşinyan Azərbaycan-Ermənistan konfliktindən danışarkən söyləyib.

Erməni baş nazir həmçinin Ermənistanın yaxın 3 ildə mövcud olmaq şansının status-kvonu uzatmaqdan ibarət olduğunu bildirib. Onun sözlərinə görə, bu üç il ərzində Ermənistan silahlanacaq, güclü olacaq və müxtəlif istiqamətlərdə hərəkət edə biləcək.

Bununla belə erməni baş nazir Qarabağdakı proseslərin Rusiyanın ucbatından baş verdiyini söyləyib. O, həmçinin Qarabağın öz müqəddəratını təyinatı məsələsinin qeyri-real olduğunu qeyd edərək, Xankəndinin Azərbaycana reinteqrasiyasının vacib olduğunu bildirib.

Oxşar xəbərlər