Paşinyan Ermənistanın məğlub olduğunu bəyan etdi

Paşinyan Ermənistanın məğlub olduğunu bəyan etdi Paşinyan Ermənistanın koronavirusla mübarizədə uduzduğunu bəyan etdi.
“Ölkə.Az” erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan brifinqdə deyib.

Onun sözlərinə görə, bütün dünyanın bir sıra ölkələri kimi Ermənistan da koronavirusla mübarizədə məğlub oldu.

“Düzdür, koronavirusla bağlı mübarizədə Ermənistan hakimiyyətinin problemləri var. Amma bu problem təkcə yox, bütövlükdə dünyanın digər ölkələrində də var” - Paşinyan qeyd edib.

Oxşar xəbərlər