Paşinyan Əliyevlə mühüm razılaşmalar əldə etdiklərini açıqladı- “Razılığa gəldiyimiz üçün şadam”

Paşinyan Əliyevlə mühüm razılaşmalar əldə etdiklərini açıqladı- “Razılığa gəldiyimiz üçün şadam” Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev qonşu ölkələrin ikitərəfli münasibətlərində üç məqamı müzakirə ediblər. Virtualaz.org “Sputnik-Ermənistan”a istinadən xəbər verir ki, bu barədə erməni baş nazir “Facebook”dakı canlı yayımda bildirib.

“Görüş qeyri-formal idi, biz ilk dəfə söhbət etdik”, – baş nazir qeyd edib.

Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinin onları futbol üzrə dünya çempionatı vaxtı tanış etməsinə baxmayaraq, Moskvada Ermənistan və Azərbaycan liderləri söhbət edə bilməmişdilər.

“Ermənistan və Azərbaycan müdafiə nazirləri razılığa gəlməlidirlər ki, sərhəddəki hadisələrin qarşısı alınsın”, – Paşinyan birinci müddəanı səsləndirib.

Ermənistan hökumətinin başçısı qeyd edib ki, görüşdən dərhal sonra bu razılaşma barədə Bako Saakyana xəbər verib. Onun sözlərinə görə, Ermənistan-Azərbaycan sərhədində və Qarabağ münaqişəsi zonasında istənilən hadisələrin qarşısı alınmalıdır.

“Dörd ay ərzində ilk dəfə sərhəddə heç bir hadisə baş verməyib. Mənim baş nazirliyim dövründə ilk dəfə gecə sakit keçib”, – Paşinyan vurğulayıb.

İkinci müddəa olaraq, Ermənistanın baş naziri və Azərbaycan prezidenti dialoq və danışıqlara sadiq qalacaqları barədə razılığa gəliblər. Hər ikisi Qarabağ məsələsinin sülh yolu ilə həllinin vacibliyini qeyd ediblər.

“Razılığa gəldiyimiz üçüncü vacib qərar bizim aramızda operativ əlaqənin təşkili oldu. Bunu ölkələrimizdəki müvafiq qurumlara tapşıracağıq”, – Paşinyan qeyd edib.

Onun sözlərinə görə, atəşkəs rejimini qoruyub saxlamaq üçün belə əlaqənin olması çox mühümdür.

Baş nazir bununla belə bildirib ki, dünən axşam və bu gün ünsiyyətdə olmalarına baxmayaraq, ətraflı danışıqlar aparılmayıb.

“Bizim üçün başlıca problem atəşkəs rejiminin pozulması hallarının qarşısının alınması idi… Açığını deyim ki, onunla razılığa gəldiyimiz üçün şadam”, -Paşinyan vurğulayıb.

Oxşar xəbərlər