“Ermənistan Suriyada hərbi əməliyyatlarda iştirak etməyi planlaşdırmır”.
Publika.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Paşinyan Suriyada hərbi əməliyyatlarda erməni hərbçilərinin mümkün iştirakı barədə danışan müdafiə naziri David Tonoyanın bəyanatına münasibət bildirib.
“Suriyadakı humanitar missiyamız var, müdafiə nazirinin cavabına gəldikdə isə, biz bu bəyanatın hansı kontekstdə səsləndirildiyini öyrənməliyik. Bizim belə planlarımız yoxdur”, – Paşinyan deyib.
Qeyd edək ki, ekspertlər Tonoyanın bu qeyri-müəyyən bəyanatını fərqli şəkildə qiymətləndirirlər.
Qeyd edək ki, Ermənistan Suriyaya humanitar yardım göndərilməsi ötən ilin sentyabrında açıqlamışdı. Bu ilin 8 fevral tarixində Ermənistan Müdafiə Nazirliyi Suriyaya 83 erməni mütəxəssisindən ibarət bir qrupun getdiyini elan etdi. Qrup mütəxəssislərdən, tibb işçiləri və briqadalarından, həmçinin bu qrupu mühafizə edən təhlükəsizlik işçilərindən ibarətdir. Ermənistan humanitar missiyanı Rusiyanın istəyindən sonra Suriyaya göndərib. D. Tonoyanın Rusiya müdafiə naziri Sergey Şoyqu ilə görüşdən sonra belə açıqlama verməsi ehtimal etməyə imkan verir ki, erməni hərbiçilərin hərbi əməliyyatlarda iştirakını da Moskva tələb edir.
Baş nazir Nikol Paşinyan isə bu yardımı misli görünməmiş erməni-rus humanitar layihəsinin bir parçası adlandırıb.