İmzalanmış Anlaşma Memorandumu icra olunduqdan sonra Avropada enerji təhlükəsizliyi birmənalı olaraq güclənəcək

İmzalanmış Anlaşma Memorandumu icra olunduqdan sonra Avropada enerji təhlükəsizliyi birmənalı olaraq güclənəcək
25 aprel 2023-cü il tarixində Sofiyada “Bulqartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan), “Eustream” (Slovakya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma “Memorandumu” nun imzalanma mərasimi keçirilib.
Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev iştirak edib.
Enerji resurslarının daha da şaxələndirilməsi, o cümlədən enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində imzalanmış bu Memorandum çox mühüm addımdır. Anlaşma Memorandumu regiona əlavə qaz təchizatı baxımından alternativ marşrutlar (Xəzər dənizindən təbii qazın Mərkəzi və Şərqi Avropaya çatdırılması) təmin edəcək.
“Həmrəylik Halqası” təşəbbüsünün reallaşması üçün böyük əhəmiyyət daşıyan “Anlaşma Memorandumu” ölkələr arasında məhsuldar münasibətlərin, yüksək həmrəyliyin və strateji tərəfdaşlığın inkişafına xidmət edir. Bu yeni layihə Cənub Qaz Dəhlizi sayəsində Azərbaycandan olan təbii qazın alternativ marşrut vasitəsilə əlavə bazarlara çıxışını təmin edir və eyni zamanda, enerji sahəsində Azərbaycan və Avropa İttifaqı arasında strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsinə töhfə verir.
İmzalanmış Anlaşma Memorandumu icra olunduqdan sonra Avropada enerji təhlükəsizliyi birmənalı olaraq güclənəcək və Azərbaycan üçün Avropa ölkəsinə daha çox qaz ixrac etməyə fürsət yaradacaq.

Pirşağı qəsəbəsi, 112 saylı orta məktəbin
tarix müəlimi Şahnaz Quliyeva


Oxşar xəbərlər