Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Ankarada keçirilən Fövqəladə Zirvə görüşündəki çıxışı zamanı Azərbaycan Prezidenti Cənab İlham Əliyev Zəngəzur dəhlizinin əhəmiyyətini xüsusi qeyd edib. Prezident İlham Əliyev qeyd edib ki, Zəngəzur Türk dünyasını birləşdirən əsas halqadır və Zəngəzurun Ermənistana verilməsi bu halqanın qoparılmasına xidmət edib. Cənab Prezident İlham Əliyev onu da əlavə edib ki, Tarixi torpağımız olan Qərbi Zəngəzurun 1920-ci ilin noyabr ayında sovet hökumətinin qərarı ilə Azərbaycandan ayrılıb Ermənistana verilməsi Türk dünyasının coğrafi cəhətdən ayrılmasına səbəb olmuşdur. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı parlaq qələbənin fonunda imzalanmış 10 noyabr bəyanatında Zəngəzur dəhlizi ilə bağlı bənd olsa da Ermənistan Bəyanatı kobudcasına pozaraq dəhlizin açılması öhdəliyindən yayınır. Bunun da səbəbi aydındır.
Belə ki, türk dünyasının briləşəcəyi qorxusu ermənilərin yuxusunu ərşə çəkən bir həqiqətdir. Lakin proseslərin hazırkı inkişafı bu terrorçu dövlətə yaxşı heçnə vəd etmir. Son aylarda Qarabağ ətrafında yaranan vəziyyət, Zəngəzur dəhlizi mövzusu hələ də Bakı üçün prioritet mövzu olaraq qalır. Əslində, yalnız Bakı üçün deyil, bütünlükdə türk respublikalarının inteqrasiyasında maraqlı olan bütün tərəflər üçün indi Zəngəzur məsələsi həlledici əhəmiyyət kəsb edir. Türk dünyasının 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə etdiyini, bir ailə olduğunu deyən Azərbaycan Prezidenti 2009-cu ildən, Naxçıvanda keçirilən Zirvə Görüşündən başlayan yolun uğurla davam etdirilməsinin mümkünlüyünün mesajını verib və bunun üçün yetərincə gücümüzün və potensialımızın olduğunu bəyan edir. Çıxışının davamında Cənab Preizdent İlham Əliyev Türk etnosunun şərəfli tarixinin, yüksək mədəniyyətinin, imperiyaların sarsıda bilmədiyi mənəvi dəyərlərinin olduğunu bildirərək birlik və bərabərliyin hal hazırkı dövrümüzdə çox vacib olduğunu qeyd etdi. Məhz buna görə də həmişə olduğu kimi havadarlarına arxayın olan ermənilər hər vəchlə təxribatlar etməyə, danışıqları uzatmağa çalışır. Lakin unudurlar ki, birləşməyi qarşısına məqsəd qoymuş bir ulusu heç nə saxlaya bilməz. Bu baxımdan Cənab Prezident İlham Əliyevin Zirvə görüşündəki çıxışı tarixi əhəmiyyət daşıyır. Onu əminliklə qeyd edə bilərik ki, Türk dünyasının həyatında yeni bir bütövləşmə mərhələsi başlayır. Azərbaycan isə bu mərhələnin ən önəmli təşəbbüskarıdır.
Sabunçu qəsəbəsi, 68 N-li tam orta məktəbin
direktor müavini Asiman Paşayev